Kəramət Böyükçöl Aynur Camalqızının saytından niyə ayrıdı? – “Niyə bu qədər istismar olunmalıyam?”













Dostlar, həmişə böyük hörmətim olan və bu gün də hörmət etdiyim insan – Aynur Camalqızının saytlarından ayrıldım. Daha orda işləmirəm. Adətən, adamlar işdən çıxanda müdirə böyük hörmətini, rəğbetini-zadı bildirir. Yazır ki, hər şey gözəldir, sadəcə, işdən ayrılıram. Adama deyərlər, hər şey gözəldirsə bəs işdən niyə çıxırsan, yaxud niyə çıxarılırsan? Deməli, işdən çıxmaq haqda hörmət-izzət statuslarının hamısı sünidir.

Mən isə Aynur xanımla işçi-müdir münasibətlərimizin nə üçün alınmaması haqda açıq yazacam. Səbəb odur ki, hörmətli Aynur xanım mənə iş şərtlərini çox ağır qoymuşdu. Ayda 22 müsahibə verməli idim, 14 köşə yazmalı idim. Mən isə çatdıra bilmirdim. Bu ölkədə heç 22 adam yoxdur. (Söyməyin, söhbət müsahibə alınacaq adamlardan gedir). Yazıları çatdıra bilmirdim deyə məcbur olub Aynur xanıma yalan danışırdım. Deyirdim, yazını bu gün verəcəm, vermirdim. Deyirdim, sabah verəcəm, yenə vermirdim. Deyirdim, birigün verəcəm, yenə vermirdim. Amma dördüncü gün elə bir yazı verirdim ki, Aynur xanım içini çəkirdi ki, Kəramət, nə gözəl yazmısan. Yaxud, Kəramət, nə gözəl müsahibədir. Və yaxşı da oxunurdu, oxucular da bəyənirdi.

Hesab eləyirəm ki, media rəhbəri öz əməkdaşını anlamalıdır. Kəramət kimi əməkdaşı isə xüsusilə anlamalıdır. Çünki o biri jurnalistlərin heç birinin yazısında “şpit” olmur. Çünki onlar pul üçün işləyirlər, əksəriyyəti də hər şeylə də barışmış adamlardır. Kəramət isə təkcə pul üçün işləyə bilmir. O, müsahibəyə də əsər kimi baxır, köşəni də hekayə kimi yazır. Onun yazısından bir cümlə çıxarılanda gedib içib ağlayır. Sonra da öz göz yaşları ilə məzələnməyə başlayır, gülür, kədərindən köşə düzəldir.
Müdir fikirləşməlidir ki, bu yazıq uşaq pulun, aayğılarının dərdindən bu boyda yükü (22 müsahibə, 14 köşə) öz boynuna götürüb. Bilir ki, az müsahibə alsa pulu da az olacaq. Özü də vaxtilə jurnalist işləmiş bir insan anlamalıdır ki, bu əclaf, alçaq Kəramətin əlindən gələn yeganə iş müsahibə almaqdır, köşə yazmaqdır. Bütün media adamları da deyir ki, bu alçaq Kəramət müsahibə almağı da bilir, yazı yazmağı da bacarır. Müdir anlamalıdır ki, bunun maaşını olduğu kimi saxlayıb, yazılarının sayını azaltmaq lazımdır ki, bu adam moşenniklik eləməsin, hər dəfə müdirinə yalan danışmasın.

Bu ölkədə onduz da ədalət yoxdur. Yalansız yaşamaq mümkün deyil. Hərə bir yalanla başını dolandırır. Bunu hamı bilir. Heç olmasa insanlar bir-birinə – müdir işçiyə, işçi müdirə və s. mərhəmətlə yanaşmalıdır. Yola verməlidir. Onsuz da az qalıb, öləcəyik. Bezdirməyin də! Yormayın də! İnfarkt eləməyin də! Belə eləyirsiniz ki adamın əli hər yerdən üzülür, gedib intihar eləyir, siz də avtobus tutub yasına gedirsiniz.
Aynur xanım gözəl insandır, bilirəm. Amma bu şeyləri niyə axıra kimi başa düşmür, onu bilmirəm. İndi gedib ayrı saytda işləyəcəm, ortada da pis bir imicim yaranır ki, ordan çıxıb ora gedir, burdan çıxıb ora gedir. Yaxşı eləyib gedirəm. Niyə dözməliyəm? Nə üçün dözməliyəm? Niyə bu qədər istismar olunmalıyam? Heç kim mənim qara gözümə maaş vermir. Heç kim də mənə minnət qoya bilməz ki, sənə maaş verirəm. Zülm çəkirəm. Zülm! Mənə normal şərtlərlə normal da maaşla iş vermək fikir olan Baş redaktor varsa, qonorar sistemi ilə müsahibə almağa, köşə yazmağa hazıram. Əla yox ha!!! Normal. Mənlə insan kimi davranın, vallah, işimə sədaqətli olacam./azinforum.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər