gundem
6.04.2018, 11:35
“Evdən-işə, işdən-evə sevinclə gedib-gələn adamam” – İlham Əliyev

“Mən evdən işə sevinclə gedib, işdən evə sevinclə qayıdan adamam”
Bu sözləri “Rusiya qəzeti”nə müsahibəsində prezident İlham Əliyev deyib. O, hər hansı hobbisi olmadığını qeyd edib: “Mənim hobbim yoxdur. Amma hesab edirəm ki, hobbi sənə zövq və sevinc bəxş edən bir işi etməkdir. Mənim misalımda bu, öz əməyinin bəhrəsini görməkdir. İnanın, bu, sadəcə sözlər deyil, həqiqətən də belədir. Görəndə ki, irad bildirilən bir şey düzəldilib, görəndə ki, Azərbaycanın inkişafı üçün hər hansı bir sahədə proqres var, bu mənə böyük mənəvi güc verir. Bu hiss istənilən hobbidən daha yaxşıdır. Boş vaxtımı ailəmlə birgə keçirirəm, yəqin ki, elə orada da enerjimi bərpa edirəm. Mən sevinclə işə gedən və sevinclə evə qayıdan insanam”.


