Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi








Nazirlər Kabineti 2016-2020-ci illər üçün yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nı təsdiqləyib. Məqsəd körpə və uşaq ölümünün, eyni zamanda xəstələnmə səviyyəsinin azaldılmasına nail olmaqdır. Aprelin 23-dən 29-dək immunlaşdırma həftəsi keçirilir.

Virtualaz.org saytı xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayev immunlaşdırma həftəsi ilə bağlı bu gün keçirilən tədbirdə bildirib. Onun sözlərinə görə, bu müddətdə hər hansısa səbəbdən peyvənddən yayınan uşaqlar peyvənd olunacaqlar. O uşaqların siyahısı çıxarılır, valideynlər məlumatlandırılır. Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramında ölkənin poliomilitdən azad statusunun saxlanılması, qızılca və məxmərək xəstəliyinin eliminasiyası, anadangəlmə məxmərək sindromunun profilaktikası nəzərdə tutulub.

Mərkəzin şöbə müdiri Afaq Əliyeva isə deyib ki, immunlaşdırma həftəsinin keçirilməsinə Ümumdünya Səhiyyə Təşkilatı dəstək verir.

“Bəzən valideynlər peyvənddən imtina edir, bəzən uşaqlar ərazi poliklinikasında qeydiyyata düşmürlər. Bu həftədən istifadə edilməlidir. Valideyn bilməlidir ki, uşaq peyvənd olunmaqla xəstəlikdən qorunur” – A.Əliyeva deyib.





◀▶

Ölkədə yeni doğulmuşların vərəm əleyhinə BCG peyvəndi 97,8, poliomielit əleyhinə 97,8 faiz yerinə yetirilib. Artıq Azərbaycanda poliomielit, məxmərək, difteriya, qızılca, göyöskürək, parotit, qeydə alınmır. Tetanus xəstəliyi isə tək-tək müşahidə olunur. Ölkəyə gətirilən vaksinlər ÜST standartlarına tam uyğundur.

Son illər Azərbaycana daha çox Hollandiya, Belçika və Amerikadan vaksinlər gətitilir. Vaksinlərin daşınması, saxlanması üçün şərait yaradılıb, birdəfəlik şprislərdən istifadə edilir.

A.Əliyeva əlavə edib ki, Avropa ölkələrində qızılca yayılıb. Ukraynada, İtalyada qızılca alovlanıb, miqrasiya ilə yoluxma mümkündür. Buna görə də uşaqlar peyvənd olunmalıdır.

Son 5 ildə peyvənd təqviminə yeni peyvəndlər daxil edilib. B tipli hemofil infeksiyasına qarşı, pnevmokok əleyhinə, poliomielit vaksinləri edilir. Hazırda 11 infeksiyaya qarşı peyvənd aparılır.


Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi


Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi



Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi


Nazirlik rəsmisi uşaqlarını xaricə aparan valideynlərə xəbərdarlıq etdi

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər