Təhsil Nazirliyi təkliflər paketi hazırlayıb – Nazirdən açıqlama













Təhsil Nazirliyi “Təhsil haqqında” qanuna bir sıra dəyişikliklərin edilməsi üçün təkliflər paketi hazırlayıb.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, “Təhsil haqqında” qanun 2009-cu ildə qəbul olunub. Buna görə də qanunda bir sıra yeniliklərin edilməsinə, bəzi dəqiqləşdirmələrin aparılmasına, o cümlədən Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var: “Güman edirəm ki, yaxın müddət ərzində “Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi üçün hazırlanmış təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişikliklərin edilməsi təhsilin əlçatanlığının təmin edilməsinə , qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycanın təhsil sistemində tətbiqinə əhəmiyyətli töhfə verəcək”.

Nazir həmçinin birlirib ki, Azərbaycanda yüksək texniki peşə təhsilinin olması və onun subbakalavr pilləsi ilə uyğunlaşdırılması nəzərdə tutulur.Onun sözlərinə görə, Milli Məclisdə III oxunuşda qəbul edilən “Peşə təhsili haqqında” qanunun qəbulu ilə peşə təhsili sahəsində yeni anlayışlar müəyyənləşdirilib.

Nazir hesab edir ki, bu qanunun tətbiqi nəticəsində təhsil pillələri arasında keçid təmin olunacaq: “Qanuna əsasən, peşə təhsilinin müddətindən, proqramların məzmunundan asılı olaraq, ilk peşə, texniki peşə, yüksək texniki peşə təhsili olacaq. Yüksək texniki peşə təhsilinin subbakalavr pilləsi ilə uyğunlaşdırılması nəzərdə tutulur”.

C.Bayramov bildirib ki, ötən dövr ərzində Azərbaycan təhsilində bir çox istiqamətlər üzrə müsbət dinamika müşahidə edilib: “Bütün bu istiqamətlər üzrə davamlı işləri həyata keçirəcəyik. Həmin islahatların dərinləşməsi və müsbət dinamikanın qorunub saxlanılması əsas istiqamətlərdən biridir”.

C.Bayramov ombudsman Elmira Süleymanovanın məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması ilə bağlı təklifinə də münasibət bildirib. Qeyd edib ki, 2017-ci ildə Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” qanun qəbul edilib: “Məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb və normativ hüquqi aktlar formalaşıb”.

Hazırda təhsilin məzmunu ilə bağlı əhəmiyyətli işlərin həyata keçirildiyini deyən nazir əlavə edib ki, qanunvericilikdə məktəbəqədər təhsil üzrə ayrı-ayrı qurumların səlahiyyətləri, onların funksiyaları tamamilə açıq şəkildə göstərilib: “Qanunvericilikdə qeyd olunub ki, məzmuna görə, məktəbəqədər təhsil müəssisələrinin saxlanılmasına görə səlahiyyətlər, onların funksiyaları hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir. Eyni zamanda, özəl məktəbəqədər təhsil müəssisələrin mövcudluğu, onların bütün funksiyaları göstərilib”.

C.Bayramov hesab edir ki, Azərbaycanın qanunvericiliyində bütün bunlar çox dəqiq formada öz əksini tapıb.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər