“Quska”nın Fəzail Ağamalıya görə aldığı cəza bərpa olunub









Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən “Quska” ləqəbli biznesmen, sabiq deputat Hüseyn Abdullayev ətrafında gedən proseslər səngimək bilmir. Hər gün onunla bağlı yeni-yeni detallar üzə çıxır.

Azərbaycana gətirildiyi gündən onun haqqında tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilsə də, bunun tam əksi baş verib. Aprelin 24-də H.Abdullayevin Bakı İstintaq Təcridxanasına köçürüldüyü məlum olub. Məhkəmə önünə çıxarılmadan təcridxanaya köçürülməsi və bunun ictimaiyyətdən gizli saxlanılması çoxsaylı suallar doğurub. Hər kəsə bəllidir ki, bir şəxs barəsində həbs qətimkan qərarı seçilmədən o şəxs təcridxanaya köçürülə bilməz. O zaman bir sual meydana çıxır.

“Quska”nı Bakı İstintaq Təcridxanasına aparan səbəb nədir?

Bu suala cavab tapmaq üçün onun vəkili, eləcə də, aidiyyatı qurumlardan açıqlama almaq istəsək də, buna nail olmadıq. Lakin etibarlı mənbələrdən aldığımız məlumata görə, “Quska” məhkəmə önünə çıxarılmayıb, onu istintaq təcridxanasına aparan yol 2007-ci ildən keçir. 11 il öncə deputat həmkarı Fəzail Ağamalı ilə parlamentdəki məlum qarşıdurmasına görə həbs edilərək, iki il azadlıqdan məhrum edilən H.Abdullayevin həmin cəzası bərpa olunub. Etibarlı mənbənin verdiyi daha bir fakt da ondan ibarətdir ki, “Quska” 2012-ci ildə ölkəni tərk edib Almaniyaya qaçdıqdan sonra onun haqqında 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) ilə cinayət işi açılarkən belə bir qərar da verilib ki, o həbs edildikdə 2007-ci ildə aldığı cəzanın qalan hissəsini çəkməyə davam etsin, paralel olaraq, vergidən yayınma maddəsi ilə ittiham olunsun. Məhz bunlar əsas tutularaq, sabiq deputat Azərbaycana gətirilib, iki gün Vergilər Nazirliyinin İstintaq İdarəsində dindirildikdən sonra Kürdəxanı qəsəbəsindəki təcridxanaya köçürülüb.

H.Abdullayevin 2007-ci ildə olduğu kimi, hakimiyyətlə anlaşmaq üçün yollar aradığı barədə də redaksiyamıza məlumat daxil olub. Sabiq deputatın həbsinin siyasiləşməsini istəmədiyi və hətta bunun üçün daha çox siyasi məhbusların hüquqlarını müdafiə edən tanınmış bir vəkillə müqavilə bağlamaqdan imtina etdiyi də bildirilir.

Amma onun bu dəfə hakimiyyətlə anlaşıb həbsxanadan qurtulmaq şansı sıfır faizlə dəyərləndirilir. Çünki 11 il öncə “xalq diplomatiyası” yolu ilə azadlığa çıxmağa nail olan “Quska” o zaman üzərinə müəyyən öhdəliklər götürsə də, sonradan onların hər birini pozub. Digər tərəfdən, xaricdə olduğu müddət ərzində daim Azərbaycan hökumətinə və ona rəhbərlik edənlərə qarşı aparılan kampaniyanın əsas təşkilatçılarından biri olub. Bunun üçün də keçmiş komandasının ona qarşı nə qədər qəzəbli olduğunu təsəvvür etmək çətin deyil. Bütün bunları nəzərə alaraq H.Abdullayevin anlaşma yolu ilə azadlığa çıxma şansları tunelin sonunda görünən işığa bənzəyir…

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər