Bakıda böyük yarışlar ərəfəsi saxta dollar artır – daha bir dəstə tutuldu













Əcnəbilər 18900 saxta dolları dəyişmək istəyərkən saxlanılıblar; Yay Avropa Oyunları ərəfəsində də turistləri aldatmaq istəyən dəstə ifşa olunmuşdu
Aprelin 25-də saat 13:55 radələrində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən “Rabitə Bank”ın “Yasamal” filialında külli miqdarda saxta dolları dəyişmək istəyən əcnəbi ölkə vətəndaşları tutulub.

Çin Xalq Respublikasının vətəndaşları 1988-ci il təvəllüdlü Chen Vonq Lin, 1963-cü il təvəllüdlü Lin Zhi Fanq və Rusiya Federasiyası, Dağıstan Respublikasının vətəndaşı 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçi 18900 saxta ABŞ dolları olan əskinazları dəyişmək istəyərkən tutulublar. Onlar maddi sübut ilə birgə saxlanılaraq polis idarəsinə təhvil veriliblər.

“Yeni Müsavat” xatırladır ki, Cinayət Məcəlləsində saxta valyuta hazırlanması 204.1 maddəsində əks olunub. 204.1-ci maddə satış məqsədilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satmanı nəzərdə tutur. Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, bu cür cinayət törədənlər 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yada salaq ki, Azərbaycanda keçirilən 2015-ci il Yay Avropa Oyunları ərəfəsində də Bakıda xarici vətəndaşlardan xeyli saxta dollar aşkarlanmışdı. Belə ki, polis əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanılıblar. Onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq saxta ABŞ dolları hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunublar.

Sahte dolar ile ilgili görsel sonucu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maput Martial və Hongla Samuel 10 il müddətinə azadlıqdan məhrum edilib.

Kriminal xəbərlərin xronikası onu deməyə əsas verir ki, “Formula-1″ yarışlarının başlaması ilə əlaqədar olaraq ölkəyə çoxsaylı turistlərin gəlməsi yenə bəzi fırıldaqçıların ”iştahasını artırıb”. Məsələn, elə bu günlərdə Bakıda banka saxta dollar verən şəxs hadisə yerində saxlanılıb. Həmin şəxs banklardan birinin Nəsimi rayon filialına yaxınlaşaraq, saxta 300 ABŞ dolları məbləğində pulu dəyişmək istəyib. Bank əməkdaşları pulun saxta olduğunu görüb, polisə məlumat veriblər.

Hadisə yerinə gələn polislər həmin şəxsi saxlayıb, polis bölməsinə aparıblar.

Bəs saxta dolları həqiqisindən ayırmağın yolları nələrdir? Saxta əskinaz ilk növbədə, görünüşünə görə əsl puldan fərqlənir. Saxta əskinazlarda rəng əsasən solğun olur. Pulun ölçüsü orijinaldan fərqlənir. Bundan başqa, mühafizə elementlərində də fərq hiss edilir.

Əskinazların mühafizə elementləri təkmilləşdikcə saxta əskinaz fırıldaqçıları da texnologiyaları təkmilləşdirirlər. Buna görə bəzən saxta əskinazı adi gözlə müəyyən etmək çətin olur.

Bu zaman xüsusi ultrabənövşəyi işıq altında pulun həqiqiliyini görmək mümkün olur. Belə ki, bu cür şüa əsl pulun gizli nişanlarını göstərdiyi halda, saxta pulda bu, olmur. Müşahidələr göstərir ki, Azərbaycanda daha çox manat və ABŞ dollarının saxtalaşdırılmasına rast gəlinir.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər