dunya
27.04.2018, 18:23
“Cənubi və Şimali Koreya liderlərinin görüşünü alqışlayırıq” – Azərbaycan XİN

“Biz Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası liderləri arasında baş tutmuş görüşü alqışlayırıq”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.
“Ümid edirik ki, bu görüş Koreya yarımadasında sülh, təhlükəsizlik və stabilliyin güclənməsinə töhfə verəcək”, – deyə XiN rəsmisi bildirib.


