DYP-nin Diaqnostika Mərkəzində rüşvəti sübut edən video fakt !!













Dövlət əleyhinə işləmək dövlətə xəyanətdir. Bəzi məmurlar öz cirkin əməlləri ilə dövlətə də, xalqa da xəyanət edirlər. Maraqlıdır ki, işə düzəlib-vəzifəyə keçənlərin əksəriyyəti mələk maskalarını sonradan cırıb atır, şeytan sifətində görünməyə daha çox üstünlük verirlər.
Təbii ki, sonradan, “buynuzları” çıxanların vicdanı şeytana və pula satılmışdır.
Diqqətli oxucular, bildirimki Azərbaycanda dövlət qulluğunda daimi işə qəbul olunan məmurların öz andı var. “Dövlət qulluğu haqqında” Qanunun 152-ci maddəsində məmur andı aşağıdakı kimi verilib.
“Azərbaycan Respublikasına sadiq olacağıma onun Konstitusiyasına dönmədən əmələ edəcəyimə dövlət sirrini və xidmət sirrini qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirməyimə and içirəm”.
Bəs görəsən bir çox məmurların bu qanundan, bu anddan xəbəri varmı? Bəlkədə var və əgər varsa deməli belə nəticəyə gəlmək olar ki, özlərini ... qoyurlar. Və yaxudda dövlətin qanunlarını “priznavat” eləmiyib özlərinə sərf edən “qanun”lar icad edirlər...

Nə isə...AR DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbələrində nə baş verir.

dogruxeber.tv bildirir ki,nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə DYP-nin nəzarəti qaydaları barədə təlimat vardır ki, bu təlimata və onun müddəalarına istər hər hansı nəqliyyat vasitəsi olan sürücü həmcinin buna nəzarət edən DYP-nin aidiyyatı üzrə baxan müfəttişləri əməl etməlidir. Çünki bu təlimatı Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında”, “Polis haqqında”, “Nəqliyyat haqqında” və digər qanunlarına, Nazirlər Kabinetinin 15.03.99-cu il tarixli 40-li, 30.06.2000-ci il tarixli 110-li Qərarlarına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı digər normativ hüquqi aktlara uyğun hazırlanaraq DYP tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət fəaliyyəti tənzimlənir...
Lakin həqiqət adamı çaş-baş salır. Yəni gözlərimizin gördüyü, qulaqlarımızın eşitdiyi... Əsl həqiqət...
Beləki nəqliyyat vasitəsi olan hər bir kəs ildə bir dəfə avtomobilini texniki nəzarətdən məcburi qaydada keçirməlidir.
Əks halda DYP-nin nəzarəti qaydaları barədə təlimata uyğun olaraq DYP-nin əsas vəzifələri: - Nəqliyyat vasitələrinin konstruksiyalarının zavod üsulu ilə beynəlxalq standartlara uyğun mühərrikin ötürücü mexanizmlərilə sükan, tormoz və konstruksiyada bir model çərçivəsində ban və ban hissələrinin hazırlanması və yenidən quraşdırılması, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsi ilə əlaqədar hüquqi və fiziki şəxslərə icazə vermək, nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinin tələblərinə, dövlət standartlarına, normativ sənədlərə uyğun olmasına nəzarət etmək.
-Mürəkkəb quruluşlu avadanlıqlaşdırma aparılan nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi ilə bağlı tələblərə uyğunluğu baxımından onların texniki layihə sənədlərinə və texniki vəziyyətinə dair rəy vermək, nəqliyyat vasitələrinin sınaqdan keçirilməsində iştirak etmək, normativ tələblərə cavab verməyən nümunələrin (məmulatın) istehsalını dayandırmaq barədə müvafiq orqanlara təqdimatlar göndərmək.
-Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, dövri texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsində göstərilən tələblərə, müəyyən olunmuş standartlara uyğun gəlməyən, habelə konstruksiyalarında özbaşına dəyişiklik aparılmış və icazəsiz yenidən quraşdırılmış nəqliyyat vasitələrinin istismarını qadağan etmək.

Qanunla müəyyən edilmiş hallarda nəqliyyat vasitəsinin istismarının qadağan edilməsi onun qabaq dövlət qeydiyyat nişanının çıxarılması, bir nüsxəsi sürücüyə verilməklə iki nüsxədən ibarət texniki baxış aktı yazılmaqla və sürücü haqqında inzibati protokol tərtib etməklə həyata keçirilir.

Tormoz sistemi, sükan idarə mexanizmi və ilişmə-dartqı hissəsi nasaz olan nəqliyyat vasitələri sərt üsulla yedəyə alınmaqla təmir sahəsinə aparılır. Digər texniki nasazlıqlarla sürücülər nəqliyyat vasitəsi ilə mənzilə və ya təmir məntəqəsinə qədər ehtiyatla hərəkət edə bilərlər.

Avtomobilin texniki nasazlığı aradan qaldırıldıqdan sonra texniki təmir sahəsinin verdiyi arayış əsasında (təmir orada aparılıbsa), avtomobil DYP hissəsinə təkrar baxışın keçirilməsi üçün təqdim olunmalıdır. Avtomobil saz vəziyyətdə olduqda onun dövlət nömrə nişanı sürücüyə qaytarılır.
Əla və gözəl! Əmma...
Əmmasını bir vətəndaşın dogruxeber.tv-ın redaksiyasına göndərdiyi vidio-çəkilişlə açıqlayaq. Çəklişdə göstərilənlər nə bazarda nədəki Ticarət obyektində deyillər. Burası AR.DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişliyinin Zabratda yerləşən şöbəsidir ki, (Deyilənlərə görə həmin şöbəyə MM-in deputatının oğlu rəhbərlik edir) korrupsiya tüğyan edir.
Həmin vidio-çəklişi təqdim edirik.
Mövzu diqqətimizdədir və mövzuya yenidən qayıdacayıq.
Bizi izləyin.


dogruxeber.tv

Son xəbərlər

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Bütün xəbərlər