Hüseyn Abdullayevin həbsi Aslan İsmayılovu niyə təlaşa salıb?














Məlum olduğu kimi, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları sabiq millət vəkili, “Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevi Türkiyədən Azərbaycana gətiriblər. Almaniyaya siyasi mühacir statusu almaq üçün sığınmış Hüseyn Abdullayev haqqında Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işçi qaldırılmış və o, beynəlxalq axtarışa verilmişdi. Həmin ərəfədə Hüseyn Abdullayevin vəkili Aslan İsmayılov olmuşdu.

O zaman Aslan İsmayılov Hüseyn Abdullayevin günahsızlığını hüquq qarşısında isbat etməkdən çox, onun PR meneceri kimi çıxış edir, keçmiş millət vəkili haqqında mədhiyyələr söyləyirdi. Amma görəsən Aslan İsmayılov nədən indi Hüseyn Abdullayevi müdafiə etmir? Deyə bilərsiniz ki, indi Aslan İsmayılov vəkil deyil. Doğrudur, adını dəyişdirmiş, soyadı isə müəmmalı olan Allahverdi İsmayılovu Vəkillər Kollegiyasından qovublar. Həm də iki dəfə! Ancaq bu, məsələnin ancaq hüquqi və texniki tərəfidir. Allahverdinin Hüseyn Abdullayev haqqında verdiyi açıqlamaların zatən hüquqa dəxli olmayıb. Aslan, pardon, Allahverdi İsmayılovun dediklərini özünüz də Google-də axtarış apararaq oxuya bilərsiniz, mən birini təqdim edim:

“Hüseyn Abdullayevin axtarışı birmənalı şəkildə onun siyasi baxışları ilə əlaqədardır. 2007-ci ildə də onu məhz siyasi baxışlarına görə həbs etdilər. H.Abdullayevin o zaman parlament iclasındakı çıxışını dinləsəniz görərsiniz ki, o, parlament üzvlərini formal fiqur olmamağa çağırıb. Tələb edib ki, Nazirlər Kabineti nağıl söyləməsin, obyektiv hesabat versin. Buna görə də o vaxt onu həbs elədilər. Daha sonra onun əmlakını əlindən aldılar. H.Abdullayev bundan sonra da dayanmadı və tənqidi fikirlərini davam etdirdi. “Susma” marşını yazdı. Bundan sonra yenə də təzyiqlərə məruz qaldı. Hər şeyin arxasında H.Abdullayevin siyasi baxışları dayanır. İnanmıram ki, H.Abdullayev bu hakimiyyətlə bu cür savaşa-savaşa vergidən yayınmış olardı. Əgər həqiqətən də o, vergidən yayınmışdısa, niyə “Susma” marşına qədər ona qarşı hər hansı bir tədbir görülmürdü? Bu, hakimiyyətin taktikasıdır. Sabah az-çox biznesə sahib istənilən şəxs ağzını açan kimi onun haqqında da cinayət işi qaldıracaqlar”.

Hüseyn Abdullayev həm də İsmayılov üçün o qədər yaxın və əziz insan idi ki, soyadı hələ də müəmmalı olan Allahverdi seçkilərdəki məğlubiyyətinin üstünə onun xatirini də əlavə eləmiş və psixoloji komplekslərini aşaraq Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dava açmışdı. Amma Hüseyn Abdullayev tutularaq Azərbaycana gətirildikdən sonra Aslan, pardon Allahevrdi İsmayılovun cınqırı çıxmır. Görünür, narahatdır! Ona görə narahatdır ki, Azərbaycan dövlətinə, hakimiyyətinə və milli maraqlarına qarşı formalaşdırılan qeyri-sistemli müxalifət sacının xaricdəki bir ayağı Hüseyn Abdullayev idisə, daxildəki digər ayağını təşkil edən də məhz bu ünsür idi. İndi gənclərin gözünə kül üfürür ki, 60 illik həyatımın hər səhifəsinə cavabdehəm, söylədiyim hər sözün də üstündə dayanıram. Buyur, cavab ver, Hüseyn Abdullayev sənə nə qədər pul ödəyib və həmin pullar qarşısında Azərbaycan dövlətinə qarşı açdığın davanın, hakimiyyətə atdığın böhtanların üstündə dayanırsanmı? Amma cavab verməyib susacaqsan, çünki sən Aslan adını heç zaman haqq etməmisən, ay Allahverdi!!!/azinforum.az

Mürvət HƏSƏNLİ

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər