https://www.youtube.com/watch?v=oQIujLYpKc4














Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov vəzifəsindən azad edilib.

“ Azinforum.az ” Unikal.org-a istinadən xəbər verir ki, ədliyyə general-mayoru Hüseyn Əlixanov tutuduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.

Məsələ ilə bağlı sayta açıqlamasında Hüseyn Əlixanov işdən getməsini təsdiqləyib: “Mən işləmirəm artıq, təqaüdə çıxmışam. Hələki yerimə təyinat yoxdur”.

***

“Qafqazinfo” xəbər verir ki, Hüseyn Əlixanov bir müddət əvvəl məhbuslar- “Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı vaqondan qaçması ilə gündəmə gəlmişdi. Belə ki, generalın bacısı oğlu, qarovul rəisi Ceyhun Səmədov ölkə gündəmini zəbt edən bu olayla bağlı saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü Etibar Məmmədov və 1989-cu il təvəllüdlü Əli Ağami qaçıblar.

E.Məmmədov saxlanılması üçün keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib. Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb.

***



Qeyd edək ki, generalın işdən çıxarılıb – çıxarılmaması haqda bir-birini təkzib edən açıqlamalar da yayılıb.

Belə ki, Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, H. Əlixanov işdən çıxarılmayıb: “O, hazırda məzuniyyətədədir. Mayın sonuna qədər məzuniyyət müddəti var. Rəsmi şəkildə işdən çıxarılmayıb”.

Amma xidmətin digər əməkdaşı Trend-ə açıqlamasında generalın vəzifədən azad edildiyini bildirib.

Bundan başqa H. Əlixanov başqa bir sayta açıqlamasında məzuniyyətdə olduğunu deyib.

Belə bir durumda xəbərin ilk mənbəsi unikal.org saytı generaldan aldığı açıqlamasının səs yazısını yayıb. Açıqlamada general artıq təqaüdə çıxdığını deyir. Həmçinin, yerinə təyinat olmadığını da qeyd edir.

Səs yazısını təqdim edirik:


Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər