Deputatlar televiziyalardakı bəsit reklamlara qarşı çıxdılar













Milli Məclisin plenar iclasında deputatlar telekanalların reklam siyasətini tənqid etdilər. Milli Məclisin deputatı Çingiz Qənizadə televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxdı.

O dedi ki, həkimlərin və dərmanların televiziya kanallarında kortəbii reklamına yol vermək olmaz. “Özümüzü zay həkimlərdən qorumalıyıq. Nə qədər televiziylarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi artıq telefonlar vasitəsilə də insanları özlərinə cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”. Ç. Qənizadə qeyd etdi ki, televiziya kanallarında müxtəlif verilişlər var ki, orada həkimlərin və dərmanların kütləvi şəkildə reklamları aparılır. “Bunun qarşısı alınmalıdır. Çünki, insanlar buna görə həm maddi, həm mənəvi narahatlıq keçirirlər. Çox təəssüf ki, televiziya kanallarında sosial reklamlar ümumiyyətlə yoxdur. Səhiyyə Nazirliyi bununla bağlı reaksiya verməlidir. Dərman və həkimlərin kortəbii reklamının qarşısının alınması istiqamətində təkliflər verməlidir”.

Deputat Zahid Oruc telekanallardakı reklamlara diqqət çəkdi. Dedi ki, “Sobsan” adlı boyanın reklamında dahi Azərbaycan şairi Nizami Gəncəvi nümayiş olunur. “Nizami Gəncəvinin adını gətirib bu şəkildə əskiyə bükmək olmaz”-o, dedi.

Deputat Aqil Abbas isə telekanallarda dərman reklamı ilə məşğul olan həkimlərdən bəhs etdi və belə şəxslərə efir vaxtının ayrılmasını doğru saymadı. Həmçinin dedi ki, bizim tənqidlərimizin elə parlament divarları arasında qalmaması üçün addımlar atılmalıdır.

Deputat Hikmət Məmmədov isə dedi ki, qanunların təşviqi ilə məşğul olmaq lazımdır. Təklif etdi ki, Milli Məclisin televiziyası yaradılsın. “Bəzən biz vaxt çatışmazlığından, ya başqa səbəbdən biz qanunları tam mənimsəmədən onları qəbul edirik”.

Deputat Siyavuş Novruzov isə dedi ki, “Reklam haqqında” qanuna uyğun olaraq nəyisə reklam etmək televiziyanın hüququdur. “Azərbaycanda anoloqu olmayan məsələ var. Cənab prezident tətəfindən ildə iki dəfə vətəndaşların pulsuz müayinədən keçmək hüququ var. Ölkədə 600 diaqnostika mərkəzi, xəstəxanalar tikilib. Get, müayinə olun, həkim resept yazsın, müalicə al. Amma televiziyalar reklamla maliyyələşir, onlara demək olmaz ki, sən hansısa həkimi, ya dərmanı reklam eləmə”.

Birinci vitse-spiker Ziyafət Əsgərov qanunların təbliğ olunmamasından bəhs etdi və jurnalistləri də qınadı: “Ay qardaş, gəlib oturmusunuz burda, akkreditasiya olunmusunuz, sizin işiniz Azərbaycan Milli Məclisinin qanunlarını təbliğ etməkdir. Yoxsa gözləyirlər ki, bir insident olsun, ondan yazsınlar”.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər