Stiven Hokinqin son məqaləsi dərc edilib













“High-Energy Physics” elmi jurnalında məşhur britaniyalı fizik Stiven Hokinqin ölümündən əvvəl yazdığı son məqaləsi dərc edilib.

dogruxeber.tv xeber verir ki, dünyaşöhrətli alimin məqaləsinin əsas mövzusu yaşadığımız kainata bənzəyən digər kainatların olması ehtimalıdır. Hokinq paralel qalaktikaların kəşf olunması üçün astronomlara tövsiyələr də verib. “Kosmik inflyasiya və kosmik qalaktikalar toplusu” nəzəriyyələrinə yeni təkliflərlə zəngin olan məqalə kainatın necə yaranmasına dair nəzəriyyəni təkmilləşdirir. Belə ki, Albert Eynşteynin kainatın təqribən 14 milyard il əvvəl yarandığı, amma yaranışla bağlı dəlillərin olmadığı nəzəriyyə yenidən gözdən keçirilir.
“The Guardian” qəzetinin xəbərinə görə, yeni nəzəriyyə üzərində işləmək üçün son illər Kembricə gedən Lyöven Universitetinin astronomu Tomas Hertoq deyib ki, Hokinq bu məqalənin axırıncı olacağını söyləmədi, “amma mən bunun yolun sonu olduğunu bilirdim”.

Hertoq bildirib ki, kainatın necə yaranmasına dair bir neçə nəzəriyyə irəli sürülüb, bunlardan ən populyar olanı isə “Big Bang”dır. Bu nəzəriyyəyə görə, böyük partlayış nəticəsində fərqli kainatlar kosmosa yayılıb. Hertoq əlavə edib ki, köhnə nəzəriyyə müxtəlif və fərqli kainatların olduğunu irəli sürür, Hokinqin yeni nəzəriyyəsi isə onların hamısının bir-birinə bənzədiyini bildirir.

Hokinqlə amerikalı fizik Ceyms Hartlinin ötən əsrin 80-ci illərində apardığı elmi araşdırmaların düsturlarla sübutları da məqaləyə əlavə edilib. Kembric Universitetinin professoru Malkolm Perinin sözlərinə görə, Stiven Hokinq bu məqaləni ən çox qürur hissi keçirdiyi bir tədqiqatın nəticəsi olduğunu söyləyib. O, diqqətə çatdırıb ki, Hokinqin Harvard Universitetindən Endryu Strominqerlə qara dəliklərlə bağlı araşdırmaları da məqalə şəklində təqdim ediləcək.

Ölümündən əvvəl Stiven Hokinq bəşəriyyətin taleyi ilə bağlı fikirlərini belə ifadə etmişdi: “Yer planetində həyatın ani baş verəcək bir nüvə müharibəsi, genetik dəyişikliyə uğramış bir virus və getdikcə artan digər fəlakətlər üzündən yox olmaq təhlükəsi il üz-üzə qaldığına inanıram. Kosmosdan başqa, bəşəriyyətin bir gələcəyi olmadığı qənaətindəyəm. Məhz buna görə insanların kosmosa marağının artmasını təşviq etmək istəyirəm”.

Son xəbərlər

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bütün xəbərlər