dunya
6.05.2018, 10:47
Meksikada yük maşınında 9 nəfərin cəsədi aşkar edilib

Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində yük maşınında 9 nəfərin cəsədi aşkar edilib.
Aşkar olunan cəsədlərin arasında yük maşının sürücüsünün də meyiti olub.
Meyitləri tapılan insanların müxtəlif qanunsuz malların ticarəti ilə məşğul olduqları bildirilir.
Yerli prokurorluq insident ilə bağlı araşdırma aparır./Trend


