Hava limanlarında viza verilməsinə başlandı








2018-ci ilin may ayından etibarən 15 ölkənin vətəndaşlarına hava limanında elektron qaydada viza verilişinə başlanılıb. Bundan əvvəl də aeroportda viza verilirdi, amma yeni sistemin fərqi ondan ibarətdir ki, insan amili tamamilə aradan qaldırılıb.

Virtualaz.org xəbər verir ki, bunu ASAN Xidmətin sədri Ülvi Mehdiyev jurnalistlərə verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, bu gündən etibarən əcnəbi ölkə vətəndaşları hava limanında quraşdırılmış xüsusi terminallar vasitəsilə pasportlarının məlumatlarını daxil etməklə özləri maksimum iki dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola biləcəklər.

“Biz maksimum çalışmışıq ki, proses tam şəffaf həyata keçirilsin. Terminaldan istifadə qaydasını bilməyən insanlara bizim buradakı əməkdaşlarımız kömək edəcəklər. Hazırda 14 terminal quraşdırılıb, bundan başqa bank pəncərəsi də fəaliyyət göstərir. Vətəndaşın istəyindən asılı olaraq ödənişi kart vasitəsilə və ya banka nağd şəkildə ödəmək mümkündür”.

Gələcəkdə ASAN viza verilən ölkələrin sayının artırılmasına gəlincə isə Ü. Mehdiyev bildirib ki, bu, hökumətin qərarı ilə və ikitərəfli qarşılıqlı razılaşma ilə həyata keçirilir. Bu ölkəlırin sayı artırılarsa, biz də avtomatik olaraq aeroportda viza verilməsini təmin edəcəyik.

Ü. Mehdiyev həmçinin bildirib ki, gələcəkdə Gəncə, Lənkəran, Qəbələ və digər hava limanlarında da növbəti bir ay ərzində sistemin tətbiqinə başlanılacaq.

ASAN Xidmət rəhbəri həmçinin xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarına da gələcəkdə bu xidmət vasitəsilə viza verilməsi məsələsinə toxunub: “Biz bununla bağlı xarici ölkə səfirlikləri ilə danışıqlar aparırıq. Çünki bu bizdən asılı olan məsələ deyil. Amma bu barədə iş gedir”.

Ü. Mehdiyev həmçinin qeyd edib ki, Yaponiya vətəndaşları üçün ödənişsiz, Türkiyə üçün 10, digər ölkələr üçün 20 dollar viza ödənişi müəyyən olunub.

Xatırladaq ki, 2017-ci ilin may ayından etibarən ASAN vizanın verilişinə başlanılıb və indiyə qədər 430 mindən çox şəxsə viza verilib.




Hava limanlarında viza verilməsinə başlandı

Hava limanlarında viza verilməsinə başlandı


Hava limanlarında viza verilməsinə başlandı

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər