İstirahətə gedən 5 azərbaycanlı qız fahişəliyə məcbur edildi – ŞOK ƏMƏLLƏR













İnsan alverində ittiham olunan 41 yaşlı Aynur Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə hökmündə qeyd olunub ki, Aynur Məmmədova 2016-2017-ci illər ərzində Azərbaycandan Türkiyəyə istirahətə gedən Nərminə Qasımovanı, Adilə Zeynalovanı, onun bacısı Xatirə Zeynalovanı, Arzu Məmmədovanı, Gülnarə Qasımovanı (cinayət işində adı keçən zərərçəkimişlərin ad və soyadları şərti verilib – red.) İğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində müxtəlif kişi müştəriləri ilə görüşdürüb, onları fahişəliyə cəlb edib.
İstintaq orqanı tərəfindən Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri) və 243-cü (fahişəliyə cəlb etmə) maddələri üzrə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Aynur Məmmədova qeyd edib ki, yüngül həyat tərzi sürən qadınlarla əlaqə saxlamayıb, maddi ehtiyaclarını ödəmək üçün Türkiyənin İğdır şəhərində yerləşən “Göy qurşağı” istirahət mərkəzində qabyuyan işləyib.
Onun sözlərinə görə, bir müddət həmin istirahət mərkəzində özü də fahişəliklə məşğul olub: “Nərminə Qasımovanı “Göy qurşağı”ndan tanımışam. Yüngül həyat sürən qadınların hamısı bir hoteldə qalırdılar, mən fahişəliyə cəlb etməmişəm. Adilə də Nərminə kimi bu hotelə eyni məqsədlə gəlmişdi”.
Aynur Məmmədova deyib ki, Adilənin bacısını da əxlaqsızlığa məcbur etməyib: “Onlar hamısı bir müddət fahişəliklə məşğul olur, sonra gedirdilər”.
Təqsirləndirilən şəxs əlavə edib ki, İğdırda hamı onu “Səma” deyə müraciət edib.
Hökmə əsasən, Aynur Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.(Publika.az)

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər