Şəhid ailələrinə veriləcək 11 min manatın verilməsi prosesi necə olacaq? – Nazir iclas keçirdi













Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Mia.az-a daxil olan məlumata görə, komissiyanın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü olan 19 aprel 2018-ci il tarixli Fərmanın yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb. Nazir bildirib ki, KomissiyaFərmanda nəzərdə tutulan, yəni 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçularınvərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi üzərində işi artıq yekunlaşdırır.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan siyahıların formaları hazırlanıb və həmin qurumlara təqdim olunub. Bu qurumlar tərəfindən təqdim olunmuş siyahılar əsasında dəqiqləşdirmə aparılacaq və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısımüəyyən edilərək Nazirliyin rəsmi saytında yerləşdiriləcək.

Bundan sonra 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçularınvərəsələrininmüvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək. Notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi də Nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək.

S.Babayev şəffaflığın tam təmin edilməsi üçün qeyd olunan prosesin elektron infrastruktur üzərində aparılacağını qeyd edib. Nazir vurğulayıb ki, notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək. Birdəfəlik ödəmə ilə təmin olunacaq şəxslərin elektron qaydada növbəlilik siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək və onların hər birinə bu barədə, yəni birdəfəlik ödəmələrlə təmin edilmələri üçün növbəyə götürüldükləri barədə bildiriş qəbzi göndəriləcək.

Bu prosesin cari ilin ikinci yarısında başa çatacağını qeyd edən S.Babayev həmin vaxtdan sonra, təqribən cari ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyini bildirib.

İclasda Komissiya qeyd edilən layihəni bir daha nəzərdən keçirib, ayrı-ayrı məsələlər bir daha müzakirə edilib. S.Babayev Komissiya üzvlərinə aidiyyəti üzrə tapşırıqlarını verib, o cümlədən birdəfəlik ödənişlərin həyata keçirilməsi məqsədilə aparılan işlərin hər bir mərhələsində ictimaiyyətingeniş məlumatlandırılmasını tapşırıb.

Şəhid ailələrinə veriləcək 11 min manatın verilməsi prosesi necə olacaq? – Nazir iclas keçirdi

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər