bolge
22.05.2018, 02:58
Bərdədə aptek yanıb

Bərdədə yanğın hadisəsi qeydə alınıb.
dogruxeber.tv-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonunda ümumi sahəsi 156 m2 olan ikimərtəbəli aptek binasının 1-ci mərtəbəsində 5 m2 sahəyə yığılmış dərman preparatları və 1 ədəd kondisioner yanıb.
Aptekin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


