Müflis olmuş tikinti baronu… – Bakıdakı partlayışa görə tutulan şəxs kimdir?













Xəbər verdiyimiz kimi, ötən gün Bakıda kafedə baş verən və 3 nəfərin ölümünə, bir nəfərin ağır yaralanmasına səbəb olan partlayışa görə “Azərtransservis” ASC-nin təsisçisi Əyyub Haqverdiyev saxlanılıb.

Qaynarinfo xəbər verir ki,virtualaz.org Əyyub Haqverdiyevlə bağlı bəzi məlumatlar əldə edib. Bəlli olub ki, Qərbi Azərbaycandan olan bu iş adamı əvvəllər tikinti sahəsi ilə məşğul olub, amma birinci devalvasiyadan sonra işləri yaxşı gətirməyib.

“Azərtransservis” ASC sovet dövründə fəaliyyət göstərmiş avtobazanın əsasında yaradılıb və həmin iş adamı tərəfindən özəlləşdirilib. Lakin müəssisə təyinatına uyğun fəaliyyət göstərmir və onun ərazisində işlənmiş avtomobil ehtiyat hissələri satan xırda mağazalar, habelə köhnə maşınları söküb ehtiyat hissələrinə ayıran avtoservislər açılıb.

“Dollar bahalaşandan sonra binanın tikintisi yarımçıq qaldı, mənzilləri də sata bilmirdi. Bundan sonra maşınını da satmışdı. Əyyub ancaq tikinti biznesi ilə məşğul olub”, – iş adamının adını açıqlanmasını istəməyən tanışı deyib. Onun sözlərinə görə, partlayışın baş verdiyi kafe-çayxana iş adamının qardaşının adına olub, icarəyə verilib.

“Dedilər ki, icarə sənədləri olmayıb, rəsmi müqavilə bağlanılmayıb. Buna görə də kafenin faktiki sahibi kimi istintaqa cəlb edilib” – mənbə deyib.

Xəbər verildiyi kimi, həmin müəssisəyə məxsus ərazidə fəaliyyət göstərən, yüngül taxta konstruksiyalardan quraşdırılmış kiçik kafe-çayxanada ötən gün propan balonu partlayıb, nəticədə iki nəfər yerindəcə, bir nəfər isə bu gün xəstəxanada ölüb. Daha bir nəfərin vəziyyəti kritikdir.

Həmin partlayışla bağlı bir nəfər vəzifəli şəxs tutularaq istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, tutulan şəxs “Azərtransservis” ASC-nin təsisçisi Əyyub Haqverdiyevdir. Tutulanların sayının artacağı istisna edilmir. Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər