dunya
23.05.2018
Rusiya, Çin, Böyük Britaniya və Fransa birləşdi - ABŞ-ı ŞOKA SALACAQ həmlə gəlir

BMT təhlükəsizlik şurasının daimi üzvləri olan Böyük Britaniya,Fransa, Rusiya və Çin İranla nüvə sazişini davam etdirmək üçün yeni müqavilə hazırlayır.
dogruxeber.tv-ın məlumatına görə, yeni saziş İranın nüvə silahından imtina etməsi qarşılığında bu ölkəyə maddi dəstəyin verilməsini nəzərdə tutur. Bildirilir ki, bu addım Tehranla nüvə sazişini pozaraq, ona qarşı sərt sanksiyalar tətbiq etməyə hazırlaşan Amerika Birləşmiş Ştatlarına cavabdır.
Bununla da, Vaşinqtonun İranın iqtisadiyyatını zəiflətmək planları iflasa uğrayacaq.Yeni müqavilə sayəsində həmçinin Avropa, Çin və Rusiyalı şirkətlərin Tehranla imzaladığı müqavilələrin pozulmasının qarşısı alınacaq.


