Xırdalanda avtobusda vətəndaşa silahlı basqın – Hadisə yerində olan mühafizə polisinin şücaəti…










DİA.AZ: – Polis əməkdaşları istər xidmətdə olsun, istərsə də xidmətdən kənar vaxtda öz andına, məsləkinə, əqidəsinə sadiqdir. Elə indi tanış olacağınız bu hadisə də dediklərimizin daha bir təsdiqidir.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, mayın 22-də saat 22 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib. Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub.

Xırdalanda avtobusda vətəndaşa silahlı basqın

Mülki geyimdə olan Coşqun bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb. Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər. Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək, onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb.

Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat verib. Coşqun həmin şəxsi və maddi sübut kimi “Naqan” markalı tapançanı 7 ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib.

C.Sadıqov deyir ki, qadın çox qorxduğundan hadisə yerindən uzaqlaşmışdı.

Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalar zamanı həmin şəxsin Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Sadıxov olduğu müəyyən edilib.

Qeyd edək ki Coşqun Sadıqov polis ailəsində dünyaya göz açıb. Atası Firdus Sadıqov da uzun illər daxili işlər orqanlarında xidmət edib, asayişin, sabitliyin keşiyində durub. Hazırda təqaüddədir.

Coşqun həm də peşəkar idmançıdır. O, idmanın kikboksinq növü üzrə Avroasiya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibidir.

Azərbaycan Dövlət Televiziyası və Radioverilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə Şöbəsinin rəisi, polis polkovniki Xəqani Cəfərov C.Sadıqovun 2013-cü ildən DİO-da xidmət etdiyini, bu müddət ərzində bir neçə dəfə mükafatlara layiq görüldüyünü, verilən tapşırıqları vaxtında yerinə yetirdiyini, silahla davranış qaydalarını mükəmməl bildiyini, geyim formasının daşıma qaydalarına ciddi riayət etdiyini bildirdi.


Xırdalanda avtobusda vətəndaşa silahlı basqın – Hadisə yerində olan mühafizə polisinin şücaəti…

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər