gundem
25.05.2018
Ermənistanın yeni qərargah rəisi məlum oldu

Ermənistan Silahlı Qüvvələrinin yeni baş qərargah rəisi Artak Davtyan olub.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində yazıb:
“General-mayor Artak Davtyanın Ermənistanın yeni baş qərargah rəisi təyin olunmasını təqdim etməkdən məmnunam”.
Qeyd edək ki, Davtyan buna qədər Baş Qərargahın operativ idarəetmə rəisi olub. 2017-ci ildə isə Müdafiə Nazirliyinin beşinci ordu korpusuna təyinat alıb.


