Hərbi əməliyyat başlasa, Ermənistan ordusu darmadağın olacaq - General - VİDEO













Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyanın Azərbaycan Silahlı Qüvvələrinin son təlimlərini şərh etməsinə Azərbaycan Müdafiə Nazirliyindən açıqlama gecikmədi.

Xezerxeber.az-ın məlumatına görə, erməni general təlimləri şərh edərkən Azərbaycan Ordusunun guya erməni silahlılarının gücünü bildiyi üçün hücuma keçmədiyini əsas gətirmişdi.

Azərbaycan Müdafiə Nazirinin müavini general-leytenant Kərim Vəliyevin buna cavabı isə qısa və tutarlı olub. Nazir müavini "Azərbaycan Ordusu hərbi əməliyyatlara başlayarsa, bu, Ermənistan silahlı qüvvələrinin tam darmadağın olması ilə bitəcək"-deyib.


Kərim Vəliyev onu da qeyd edib ki, bu cür məsuliyyətsiz bəyanatlar verməklə Ermənistan silahlı qüvvələrinin rəhbərliyi gələcəyinə inamını itirən erməni xalqını aldatmaqda davam edir.


Kərim Vəliyev əlavə edib ki, ən güclü iqtisadiyyata və maliyyə imkanlarına malik olan qüdrətli dövlətlər belə qısa zamanda ordunun silahlanmasını tam yeniləməyə qadir deyil: "Dilənçi payı və kredit hesabına yaşayan Ermənistan rəhbərliyinin isə bu barədə bəyanatlar səsləndirməsi belə gülüncdür".

Kərim Vəliyev əlavə edib ki, əvvəllər müdafiə haqqında öz xalqına nağıllar danışan Ermənistan hərbi rəhbərliyi "keçilməz Ohanyan xəttindən" bəhs edirdisə, indi də ortalığa atdıqları "Sarkisyan xəttindən" dəm vururlar: "Əslində isə aprel döyüşləri göstərdi ki, münaqişənin həlli mümkündür və xalqımızın torpaqlarımızı azad etmək əzminin qarşısı heç bir sədlə alına bilməz".


Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Movses Akopyan 2016-cı ilin aprel döyüşlərindən cəmi 2 il keçməsinə baxmayaraq Ermənistan ordusunun qısa zamanda yüksək texnologiyalarla təchiz olunduğunu iddia edib. Generalın iddia etdiyi texnoloji yeniliklər isə Rusiyadan kreditlə alınan bir neçə raket və kəşfiyyat-radar sistemlərindən ibarətdir. Halbuki, Azərbaycan bu sahədə hazırda dünyanın ən son texnoloji yeniliklərini tətbiq edir. Silahlanma yarışında Ermənistanın Azərbaycanla rəqabət apara bilməyəcəyini həm ermənilərin özləri, həm də beynəlxalq təşkilatlar dəfələrlə bəyan ediblər.


Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər