Ramaldanov: Azərbaycan əsgəri on ildir ki, “Kornet”dən istifadə edir













Ermənistan silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan “Kornet E” tank əleyhinə raket komplekslərinin daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan mətbuatının “Kornet E” tank əleyhinə raket komplekslərinin (TƏRK) alınması ilə bağlı yaydığı məlumatı şərh edərkən bildirib.












Ramaldanov: Azərbaycan əsgəri on ildir ki, “Kornet”dən istifadə edir













Onun sözlərinə görə, bu məlumatın özü də yeni deyil.

“Erməni tərəfi buna bənzər xəbərləri vaxtaşırı yeni məlumat kimi təqdim etməklə bu ölkənin korrupsiyaya bulaşmış hərbi rəhbərliyinin qeyri-qanuni fəaliyyətini ört-basdır etmək və bir növ bəraət qazandırmağa çalışır.

Hələ 2015-ci ilin yayında Rusiyadan alınan 200 milyon dollar məbləğində hərbi kredit bu günədək Ermənistana tam şəkildə təqdim edilməyib. Bu cür hərbi kreditlər almaqla Ermənistan rəhbərliyi onsuzda bərbad durumda olan ölkə iqtisadiyyatını daha böyük maliyyə böhranına düçar edir və nəticədə vəziyyətdən çıxmaq üçün ölkənin sənaye müəssisələrini Rusiyadan asılı vəziyyətə salmaq məcburiyyətində qalır.

Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan tərəfinin yeni silahlar alması barədə mediada istənilən məlumat veriləndən dərhal sonra Ermənistan mətbuatı da yeri gəldi-gəlmədi buna bənzər xəbərlə çıxış edir.

Keçən əsrin 80-90-cı illərində istehsal edilən “Kornet” TƏRK-ləri əgər Ermənistan ordusunun silahlanmasına indi daxil edilirsə, bu silah növü hələ 10 il bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində mövcud idi və ordumuzun keçirdiyi təlimlərdə də həmin silahlardan dəfələrlə istifadə olunub. Hətta onu da deyim ki, Azərbaycan Silahlı Qüvvələrində bu nəsil silahların yeni modifikasiyaları da var. Özü də arsenalımızda olan həmin silahlar keyfiyyət və kəmiyyət baxımından daha üstün gücə malikdir. Bu baxımdan da Ermənistandakı “Kornet E” kompleksləri bölgədəki qüvvələr balansına heç cür təsir etmək imkanına malik deyil.

Bu gün ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun silahlanmasına külli miqdarda maliyyə vəsaiti ayrılır. Hərbi sənaye sahəsində böyük təcrübəyə malik müxtəlif dövlətlərdən dəqiq zərbə endirmə və dağıdıcı qüvvəyə malik silah-sursat, hərbi texnika və döyüş vasitələri alınır. Məhz bu amil işğalçı dövləti qorxu içərisində saxlayır. Düşmən tərəfi çox yaxşı anlayır ki, gec-tez torpaqlarımızı tərk etməyə məcbur olacaqlar. Bu, nə qədər tez baş verərsə, Ermənistan dövləti və onun əhalisi üçün bir o qədər məqbul olar”. - deyə Ş. Ramaldanov qeyd edib.|Oxu.Az

Son xəbərlər

Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

ABŞ-da yanacağın qiymətləri 42,2% artıb

"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA

“Onlar uğursuz dövlətdir”

SEPAH ABŞ-ın Beşinci Donanmasının qərargahını vurdu

Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır

Maştağada yanğın olub

Məhərrəmlik ayı bu tarixdə başlayır

Mütəxəssislərdən qidalanma ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə və Ermənistan normallaşma və regional gündəmi müzakirə ediblər

Konqoda Eboladan ölənlərin sayı 60 nəfərə çatıb

Bu platformanın rəhbəri həbs edildi: Qanunsuz mərc oyunlarına təşviq etdiyi üçün

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Polşada hökumət məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

Bütün xəbərlər