AMİP-dən Rüstəm İbrahimbəyovun filminə sərt reaksiya: ““Qafqaz triosu” filminin çəkilişləri Bakıda aparılıb…”













Azərbaycan Milli İstiqlal Partiyası Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz triosu” filmi ilə bağlı münasibətini açıqlayıb. Partiyanın adından yayılan bəyanatda bildirilir ki, həmin filmin bəzi səhnələri Bakı şəhərində çəkilib və buna görə də əlaqədar qurumlar məsuliyyət daşımalıdır. Azinforum.az partiya adından yayılan bəyanatı təqdim edir:

” Kinorejissor Rüstəm İbrahimbəyovun 2015-ci ildə ekranlaşdırdığı və 2016-cı ildən nümayiş etdirilən “Qafkaz triosu” ( “Kavkazskoye trio”) filmi ölkədə hər kəsin haqlı qəzəbinə və kəskin etirazına səbəb olub. Filimdə azərbaycanlıların qorxaq, əzazil və s.mənfi obrazlarla xarakterizə edilməsi, xalqlar arasında sülhü və mehriban qonşuluğu təbliğ etmək əvəzinə, əksinə azərbaycanlılara qarşı nifrət hissinin aşılanması və bütöv bir xalqın aşağılanması bağışlanılmazdır. Bu film eyni zamanda tarixən xalqımıza qarşı düşmən mövqedə olan və on minlərlə günahsız insanımızı qətlə yetirən, torpaqlarımızı işğal altında saxlayan erməni millətçiliyinə verilən bəraətdir.
Lakin filmin nümayişindən və geniş yayımından 3 ilə yaxın müddət keçməsindən sonra, iqtidarın buna kampaniya şəklində mövqe sərgiləməsi bir sıra məntiqi suallar və təəssüf doğurur.

Öncə vurğulamaq istərdik ki, “Qafqaz triosu” filminin çəkilişləri Bakıda aparılıb və hər bir xırda nüansı diqqətə alan müvafiq vəzifəli şəxslər və orqanlar nədənsə həmin filmin ssenarisi ilə maraqlanmayıblar. Keçən üç il ərzində də bu film heç yada düşməyib. Azərbaycanın paytaxtında Azərbaycan dövlətinin və xalıqnın əlehinə, onun marqlarını tapdalayan film çəkilir, çəkiliş qrupuna hər cür şərait yaradılır və filim geniş auditoriyaya çıxarılır, lakin müvafiq dövlət qurumları bundan xəbər tutmur. Kinotənqidçi Ayaz Salayevin tənqidi məqaləsindən sonra sanki qəflət yuxsundan ayılırlar. Hər il dövlət büdcəsindən müvafiq dövlət qurumlarına, Mədəniyyət Nazirliyinə, eləcə də əlaqəli QHT-lərə və kinomatoqrafiyaçılar ittifaqına milyonlara vəsait ayrılır. Lakin, baş verənlər bir daha onu göstərir ki, həmin sahəyə cavabdeh olan qurumlar öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirlər. Nəhayətdə isə bunun ağır nəticələrini bütövlükdə Azərbaycan dövləti daşımalı olur. Hesab edirik ki, bu olaya ölkənin milli təhlükəsiliyinə vurulan zərbə kimi yanaşılmalıdır.

Azərbaycan Milli İstiqlal Partiyası kinorejissor R.İbrahimbəyovu lentə aldığı bədnam “Qafqaz triosu” fliminə görə şiddətlə qınayır və filmdə Azərbaycan xalqının xoşagəlməz çalarlarda xarakterizə edilməsinə kəskin etirazını bildirir. Eyni zamanda, cavabdeh qurumların səhlənkarlıqlarlarına, olaya vaxtında reaksiya verməmələrinə və lazimi tədbirlər görmədiklərinə görə hüquqi və mənəvi məsuliyyət daşıdıqlarını bəyan edir”.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər