Qadınları sosial şəbəkədə şantaj edən şəxs tutuldu













Sosial şəbəkələrdə tanış olduğu qadınları barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək onlardan pul tələb edən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbərr verir ki, Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək bir il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu aldığını bildirib. İdarədə araşdırma aparılan zaman həmin şəxsin Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Aslan Əzizov olduğu müəyyən edilib. Həmin şəxs dəfələrlə istintaqa çağırılsa da məsuliyyətdən yayınmağa cəhd göstərib. Bu səbəbdən barəsində axtarış elan edilən A.Əzizov Nizami Rayon Polis İdarəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.

A.Əzizov ifadəsində 2017-ci lin ilin oktyabr ayından saxlanılana qədər həmin qadından hədə-qorxu yolu ilə 4000 ABŞ dolları və 200 manat aldığını etiraf edib. Saxlanılan şəxsin telefonuna baxış keçirilən zaman başqa qadınlara qarşı da analoji cinayətlər etdiyi məlum olub.

Göstərilən faktla bağlı Nizami Rayom Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hədə-qorxu gələrək qadınlardan pul tələb edən A.Əzizovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər. Nəzərinizə çatdıraq ki, analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.

Son xəbərlər

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bütün xəbərlər