Xərçəngə səbəb olan ən təhlükəli qida məhsulları













Mütəxəssislər sübut edir ki, xərçəng xəstəliklərinin 1/3 hissəsinin səbəbi həyat tərzi və qidadır.

Rus alimləri müxtəlif elmi araşdırmaların nəticələrini birləşdirib ən güclü kanserogen xüsusiyyətlərə malik olan qidaları müəyyən ediblər.

Azinforum.az saglamolun.az-a istinadla bu məhsulların siyahısını sizə təqdim edir.

1. Spirtli içkilər

Spirtli içkilərin çoxlu miqdarda qəbulu bütün orqanizmə ziyan vurur, xərçəngin riskini xeyli artırır. Bu xüsusilə ağız boşluğu, qida borusu, mədə, qaraciyər, nəfəs yolları xərçənginə aiddir. Maraqlıdır ki, qadınlara spirtli içkilərin qəbulu kişilərlə müqayisədə daha güclü mənfi təsir edir, onlarda cinsiyyət sistemi xərçənginin riskini artırır.

2. Emal olunmuş ət

Sosiska, kolbasa, vetçina və s. məhsullar düz və yoğun bağırsaq xərçənginin riskini artırır.

3. Hisə verilmiş məhsullar (ət, toyuq, balıq)

Hisə verilmə prosesi zamanı məhsullara benzapiren maddəsi keçir. Bu maddə ən güclü kanserogenlərdən biri sayılır.

4. Qaynar çay

Qaynar içkilər və qidalar ağız, boğaz və qida borusunun selikli qişalarını yandırır, selikli qişalarda patoloji proseslərin inkişafına təkan verir. Bu isə bu orqanların xərçəng xəstəliklərinin riskini artırır.

5. Qaxsımış qoz-fındıq

Xarab olmuş qoz-fındığın tərkibində aflatoksinlər əmələ gəlir. Güclü zəhər olan aflatoksinlər xüsusilə qaraciyərə çox mənfi təsir edir, qaraciyər xərçənginin inkişafının riskini artırır.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər