dunya
29.05.2018
Venesuelada avtobus yarğana düşüb, 11 nəfər ölüb

Venesuelanın qərbində sərnişin avtobusu yarğana düşüb.
dogruxeber.tv- REN TV-yə istinadən verdiyi məlumata görə, hadisə Merida ştatında qeydə alınıb.
Qəza nəticəsində 11 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hadisə yerində xilasedici əməliyyat aparılır. Qəzanın səbəbləri müəyyənləşdirilir.


