“Əl-Nüsra Cəbhəsi” ilə döyüşdə azərbaycanlı İŞİD komandiri öldürüldü







Suriyanın şimalında, Türkiyənin hərbi iştirakının olduğu və “Əl-Nüsra Cəbhəsi”nin nəzartində olan (indiki adı “Heyet Tahrir’uş Şam”) İdlib bölgəsində azərbaycanlı İŞİD komandiri öldürülüb.

Virtualaz.org xəbər verir ki, bu məlumatı türkdilli “İslahHaber.net” portalı yayıb. Həmin İŞİD komandirinin “Heyet Tahrir’uş Şam” qruplaşmasının üzvləri ilə atışmada öldürüldüyü bildirilir.



Mənbə bildirir ki, son vaxtlar “Heyet Tahrir’uş Şam” qruplaşmasının nəzarətində olan “azad bölgədə” bu qruplaşmanın üzvlərinə qarşı bomba yüklü motosikletlərlə, yollara mina basdırımaqla və digər üsullarla çoxsaylı sui-qəsdlər təşkil edilib. Nəticədə onlarla adam ölüb, çoxlu sayda yaralanıb.



Sui-qəsdləri həyata keçirilənlərin bəziləri yaxalanıb və şəriət məhkəməsinə çıxarılıb. Onların ifadələri əsasında həmin sui-qəsdlərin arxasında İŞİD və Bəşər Əsəd rejimini dəstəkləyən qüvvələr olduğu müəyyənləşib. “Bu səbəbdən azad bölgədə xalqın əmin-amanlığını təmin etmək üçün “Heyet Tahriru’ş-Şam” vaxtaşırı olaraq təhlükəsizlik əməliyyatları həyata keçirməkdədir”-“Əl-Qaidə” terror şəbəkəsinin Suriyadakı “filialı” olan “Əl-Nüsra Cəbhəsi”inə açıq simpatiya ifadə edən türkdilli sayt yazır.



Sayt “Hey’et Tahriru’ş-Şam”a bağlı “təhlükəsizlik xidmətinin” rəhbəri “Üsəma Xalid” adlı terrorçuya istinadən bildirir ki, sui-qəsdlərə görə ələ keçirilən bir nəfərin ifadəsi əsasında İdlibin qərbində yerləşən Salkın qəsəbəsində İŞİD-in nəzarətində olan gizli düşərgə müəyyən edilib. Həmin düşərgəyə “Heyet Tahrir’uş Şam” qruplaşması tərəfindən bir neçə gün əvvəl basqın edilib və bu zaman atışmada İŞİD-in sui-qəsdlər üzrə ixtisaslaşmış bir neçə yüksək rütbəli komandiri öldürülüb. Öldürülənlər arasında bu günlərdə İdlibdə sui-qəsd əməliyyatları həyata keçirən Azərbaycan əsilli İŞİD komandiri “Əbu Camal Azəri” də yer alır. Sayt həmin İŞİD terrorçusunun cəsədinin fotosunu da dərc edib.


“Əl-Nüsra Cəbhəsi” ilə döyüşdə azərbaycanlı İŞİD komandiri öldürüldü


“Əl-Nüsra Cəbhəsi” ilə döyüşdə azərbaycanlı İŞİD komandiri öldürüldü


“Əl-Nüsra Cəbhəsi” ilə döyüşdə azərbaycanlı İŞİD komandiri öldürüldü

Oxunub: 810

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər