“Samur” gömrük postunda bir gün – FOTOLAR









Bir qrup media nümayəndəsinin Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postuna səfəri təşkil edilib.
Səfərin məqsədi media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırmaq olub.



Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” Gömrük Postunun rəisi Asim Salmanov jurnalistlərin diqqətinə çatdırıb ki, 2018-ci ilin may ayında Samur gömrük məntəqsindən 30 minə yaxın nəqliyyat vasitəsi keçib.



A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hər birindən eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür.

Bildirilib ki, bir yük avtomobilinin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə çəkir.



Media nümayəndələrinə bildirildi ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidəkameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra “bir pəncərə” sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda 15 dəqiqə ərzində yekunlaşdırılır.



Avtonəqliyyat vasitələrinə baxış zamanı xüsusi təlim görmüş itlərdən də istifadə olunur.



Daha sonra KİV təmsilçiləri ixrac gömrük nəzarət xəttində həyata keçirilən əməliyyatlarla da tanış olublar. Bildirilib ki, ölkənin kənd təsərrüfatı sahəsində ixrac potensialının artımı nəzərə alınaraq, Rusiya Federal Gömrük Xidmətilə əldə edilən razılığa əsasən, bu ölkəyə tez xarab olan kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələri maneəsiz və sürətli şəkildə gömrük yoxlamasından keçirilir. O da bildirilib ki, hər gün “Samur” gömrük postundan minə yaxın avtomobilin keçidi təmin olunur.


“Samur” gömrük postunda bir gün – FOTOLAR

“Samur” gömrük postunda bir gün – FOTOLAR


“Samur” gömrük postunda bir gün – FOTOLAR

“Samur” gömrük postunda bir gün – FOTOLAR
“Samur” gömrük postunda bir gün – FOTOLAR


“Samur” gömrük postunda bir gün – FOTOLAR


“Samur” gömrük postunda bir gün – FOTOLAR

“Samur” gömrük postunda bir gün – FOTOLAR

“Samur” gömrük postunda bir gün – FOTOLAR

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər