Bakıda yaşayış binasında ilan yuva salıb - Video













Şəhərin mərkəzində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində qəfil ortaya çıxan ilan, ev sahibini təşvişə salıb. Hazırda mənzildə yaşayanlar ilanın olması səbəbindən eyvana çıxa bilmirlər.

"dogruxeber.tv" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 112, mənzil 26 da baş verib. 5-ci mərtəbədə yaşayan Gülnarə Məmmədova və 5 yaşlı oğlu eyvana çıxmaq istəyərkən qəfil uzunluğu təxminən 1 metrdən çox olan ilanla qarşılaşıblar. Görüntülərdən də aydın olur ki, ilan sağdır. Hadisə şahidləri ilk dəfədir mənzillərində ilan gördüklərini bildirirlər.

Ev sahibi deyir ki, ilan bir neçə gün eyvanda qalıb. Sonra isə ilan eyvandakı yuvasına girib. Ev sahibi yuvanın üzərinə suvaq vurub ki, ilan oradan çıxmasın. Ancaq buna baxmayaraq hələ də, mənzildə olanlar qorxularından eyvana çıxa bilmirlər.

Görüntülərlə tanış olan Milli Elmlər Akademiyasının Zoologiya İnsitutunun əməkdaşı Səbinə Bünyatova bildirdi ki, görüntüdəki ilan "zeytuni təlxə" növündəndir və zəhərsiz olduğundan heç bir təhlükəsi yoxdur. Sadəcə yaşayış binası köhnə olduğu üçün, üstəlik belə ilanlar binalarda kərtənkələ ilə qidalandığı üçün tez-tez ortaya çıxır. Səbinə Bünyatova qeyd etdi ki, belə vəziyyətdə ev sahibi mütəxəssislərə müraciət edib ilanı eyvandan
uzaqlaşdıra bilər.

Son xəbərlər

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Bütün xəbərlər