İstefaya gedən “baş nazir” Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı









Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qanunsuz hərbi-polis rejiminə etiraz olaraq ötən həftə başlayan etirazlardan sonra dünən istefaya gedən qondarma “dqr dövlət naziri”, yaxud “baş nazir” statusunu daşıyan Araik Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarında talançılıqla məşğul olduğunu etiraf edib.

Arutyunyan ötən gün mətbuat konfransı keçirib, istefasının səbəblərinin qondarma rejimə qarşı etirazlar olmadığını deyib. Bildirib ki, Bako Saakyanla görüşəndən sonra istefa vermək qərarına gəlib və əgər Dağlıq Qarabağda digər vəzifəli şəxslər də öz fəaliyyət stilini dəyişməsə onlar ictimaiyyətin təzyiqləri ilə istefa verməli olacaqlar.

Arutyunyan “baş nazir” olmazdan əvvəl Dağlıq Qarabağın ən iri oliqarxlarından biri idi. “Azadlıq” radiosunun erməni xidmətinin müxbiri ondan biznesi barədə soruşub, xalq arasında dolaşan məlumatları xatırladıb.



Araik Arutyunyan deyib ki, “baş nazir” təyin edilənə qədər həqiqətən Dağlıq Qarabağda ən iri biznesmen idi. “K-Telekom”, “Artsax qaz”, Drımbon mis-qızıl yataqları ona məxsus olub.

“2006-cı ildə işçilərimin sayı 700-dən çox idi. Amma baş nazir təyin olunandan sonra mən bizneslə məşğul olmuram. Kənd təsərrüfatı və torpaq becərilməsi sahəsinə gəldikdə. Mən Cəbrayılda torpaqları əkib-becərməyə başladım, hansı ki, insanlar hələ də ora getməyə qorxur. Mən isə 2000-ci ildən orada torpaqları əkib-becərirəm. İlk dəfə Ağdamda 1997-ci ildə torpaqları becərməyə başlamışam, o vaxt çoxları Ağdamın yerini heç xəritədə göstərə bilmirdi. Sonra Martuni şərab zavodunun və “Qırmızı bazar”ın özəlləşdirilməsində iştirak etdim”-Araik Arutyunyan deyib.



Habelə Arutyunyan deyib ki, Xankəndindəki “Nairi” univermağının sahibidir və həmin univermağı bu yaxınlarda qızının 16 yaşı tamam olması münasibətilə ona hədiyyə edib.

Arutyunyan Cəbrayıl və Füzuli rayonları ərazisində neçə hektar torpaq zəbt etdiyini açıqlamayıb. Amma deyib ki, bu torpaqları əkib-becərmək istəyənlərə verməyə hazırdır.

İstefaya gedən “baş nazir” Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı


İstefaya gedən “baş nazir” Arutyunyan Cəbrayıl və Ağdam torpaqlarını taladığını açıqladı

Oxunub: 896

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər