dunya
9.06.2018
İraqın şimalında 400 kv km ərazi PKK terrorçularından azad edilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 400 kv km ərazini PKK terrorçularından azad edib.
dogruxeber.tv-ın məlumatına görə,martın 11-dən başlanan transsərhəd əməliyyatlar zamanı 23 km uzunluğunda sərhəd zonası da separatçılardan təmizlənib. Uğurlu əməliyyatlardan sonra 11 istehkam dirəyi quraşdırılıb.
Bu ərazilərin təmizlənməsi yalnız mürəkkəb coğrafi ərazilərdə terrorçularla mübarizəni asanlaşdırmır, həm də silahlıların gizli yollarla Türkiyə ərazisinə keçidini əngəlləyir. əməliyyatlar zamanı 155 terrorçu zərərsizləşdirilib.


