“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli













“Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Dövlət Yol Polisinin rəhbərliyi ilə Milli Məclisin deputatları arasında görüş keçiriləcək. Hələ ki bu görüş planlaşdırılmayıb. Məlumatım da yoxdur. Olsaydı, xəbərim olardı. Çünki dəfələrlə Milli Məclisin plenar və komitə iclaslarında yol polisi-deputat münasibətlərinə toxunulub. Təəssüf edirəm ki, bəzəm bu məsələ sosial şəbəkələrdə elə qələmə verilir ki, guya deputatlar özlərinə imtiyaz tələb edirlər. Burada əsas məqsəd imtiyaz tələb etmək deyil. Sadəcə olaraq, burada söhbət Konstitusiyadan və “Deputat statusu haqqında” Qanundan irəli gələn məsələlərdən gedir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, heç zaman deputatın hansısa imtiyaz sahibi olmağına tərəfdar deyil:


“Mən ümumiyyətlə toxunulmazlığın da tərəfdarı deyiləm. Ancaq bu, qanunda göstərilibsə, yerinə yetirilməlidir. Yol polisi “Deputatın statusu haqqında” qanunda nəzərdə tutulan halları yerinə yetirməlidir. Adətən yol polisi əməkdaşları Konstitusiya və “Deputat statusu haqqında” qanunla maraqlanmırlar. Onlar əsasən, İnzibati Xətalar Məcəlləsinə istinad edirlər. Yol polisi əməkdaşları bilməlidir ki, deputatın avtomobili dayanacağa aparıla bilməz, deputatın özü və ailəsi, ona məxsus əşyalar, maşını axtarışa məruz qala bilməz. Ola bilər ki, deputat pisdir. Amma söhbət ondan gedir ki, deputat müəyyən seçiciləri təmsil edir. Onun aşağılanması statusuna və nüfuzuna zərər vurur”.

T.Kərimli qeyd edib ki, deputatdan qat-qat aşağı səlahiyyətli nümayəndələr var ki, məsələn, icra hakimiyyətlərinin nümayəndələri yol polisin qarşısından 100-lə də keçsə, ona “çest” verirlər.

“Halbuki, onların heç birinin toxunulmazlıq statusu yoxdur. Amma deputatın, hakimin belə bir statusu olsa da, hörmət göstərilmir. Niyə? Çünki deputatın əlində elə bir səlahiyyət yoxdur ki, kimisə işə götürsün. Ona görə də bəziləri deputatı sanki bilərəkdən aşağılayırlar. Bəzi ölkələrdə Dövlət Yol Polisi İdarəsi ləğv edilib. Ancaq bizdə mentaliteti nəzərə alaraq, mən bu qurumun ləğvinin tərəfdarı deyiləm. Onlar olmasa yol-hərəkəti qaydaları daha çox pozular. Çünki biz qaydanı pozmağa öyrənmişik”.

Deputat deyib ki, adətən işə piyada gedib-gəlir.

“Amma Milli Məclisə və ya dövlət tədbirlərinə gedən zaman avtomobildən istifadə edirəm. Düşüb aşağıda gözləyirəm ki, maşına oturmağa 1 saniyə gecikməyim ki, yoxsa yol polisi maşının şəklini çəkəcək və ya etiraz edəcək. Amma yanımda filankəsə məxsus maşın dayanır, ona bir söz deyən də yoxdur . Deputat bu qədər zəifdir? Mən 1990-cı illərdə deputat olarkən istənilən vəzifəli şəxs deputatın hörmətini saxlayırdı. Bilirdilər ki, deputat onun məsələsini Milli Məclisdə qaldıra bilər.

Bəs indi niyə belədir? Bu nə deməkdir? Qətiyyən aşağılanmaya yol vermək olmaz”.

T.Kərimli bildirib ki, əgər deputat qaydanı pozursa, bununla bağlı özünə və Milli Məclisə təqdimat göndərilməlidir.

“Milli Məclisin İntizam Komissiyası buna baxa bilər . Deputat haqqında sərt tədbirlər görülə bilər. Bunu ancaq Milli Məclis edə bilər. Hansısa, yol polisi əməkdaşı deyil”.

Son xəbərlər

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Bütün xəbərlər