dunya
17.06.2018
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedib.
dogruxeber.tv-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan təmas xəttindəki mövqelərə baş çəkib.
“Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub”, - deyə Ermənistan hökumətinin məlumatında bildirilir.
Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.


