hadise
25.06.2018, 10:30
Qazaxıstanda 4 uşaq kanalda boğulub

Qazaxıstanda dörd uşaq kanalda boğularaq ölüb.
dogruxeber.tv-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmanqulov məlumat verib. O bildirib ki, uşaqlardan itkin düşməsi barədə bazar günü xəbər yayılıb.
Axtarış tədbirləri nəticəsində 9-12 yaşlarında olan uşaqların Astana şəhərində "Nura-Esil" kanalında çimərkən boğulduğu məlum olub. Valideyn nəzarətindən yayınan uşaqlar qadağan edilmiş ərazidə suya giriblər. Onların axtarışına başlanıb.


