Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur – FOTOLAR













Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən meşənin yandırılması və ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı bir neçə gün öncə Realliq.info – ya daxil olan məlumat araşdırılıb. Saytın ərazidə olan əməkdaşı dəhşətli mənzərənin şahidi olub.
Ramana qəsəbəsində yerləşən hektarlarla meşə yandırılaraq ağaclar qurudulub. Bundan sonra ağacları kəsən şəxslər ərazini saxta sənədlərlə satışını təşkil edirlər. Ərazidə yaşayan vətəndaşlar Realliq.info – ya bildiriblər ki, meşəni kütləvi şəkildə məhv edənlər Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarıdır. Miri və Yusif adlı məmurların yandırılan və məhv edilən meşənin ərazisini satışa çıxardığı məlum olub.Ərazidə çəkilən fotolar və videolar bir daha baş verən qanunsuzluğu təsdiq etməkdədir.
Məsələ ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ərazi üzrə nümayəndəsi Miri müəllim Realliq.info – nun sorğularını cavablandırarkən baş verənlərdən xəbərsiz olduğunu bildirib və fotoların ona təqdim edilməsini istəyib. Lakin araşdırmalar göstərir ki, ağacların kəsilməsindən və meşənin yandırılmaslndan xəbərsiz olduğunu söyləyən Miri müəllim qurudulmuş ərazinin satışını təşkil edir.
Birliyin Sabunçu rayonu üzrə məsul şəxsi olan Yusif müəllim isə zənglərimizə cavab vermədi.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin Bakı Ekologiya idarəsinin Sabunçu rayonu üzrə məsul şəxsi Şakir müəllimin Realliq.info – nun baş redaktoru ilə telefon danışığı bir sıra məsələlərə aydınlıq gətirib. Həmin səs yazısını yaxın saatlarda diqqətinizə çatdıracağıq. Şakir müəllim sorğuları cavablandırmaqdan yayınaraq özünün də Lənkərandan olduğunu və baş redaktora Talış meşələrinin kütləvi qırıldığı bir zamanda Sabunçuda baş verənlərdən narahat olmamağı məsləhət bilib. Nazirliyin əməkdaşı qeyd edib ki, yaşıllığın məhv edilməsindən xəbərsiz deyil və baş verənlərə belə can yandırmaq lazım deyil.
Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur - FOTOLAR
Şakir müəllimin əsəbləşməsi və faktlara görə jurnalistləri qınaması zəngin yarımçıq bitməsinə səbəb olub. Qeyd edək ki, ərazidə yaşayan sakinlər saytımızın əməkdaşına bildirmişdilər ki, meşənin yandırılaraq məhv edilməsi ilə bağlı Şakir müəllimə və Bakı Ekologiya idarəsinə müraciət ediblər. Qanunsuzluğun qarşısının alınmaması göstərir ki, məmurlar qazanc məqsədilə hektarlarla meşəni satışa çıxarıblar.

Ölkə başçısının tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Bakı İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi və Ekologiya Nazirliyinin əməkdaşları torpaqların qanunsuz sənədlərlə satışını davam etdirirlər. Ümüd edək ki, Ekologiya və Təbii Sərvətlər naziri Ramanada baş verən qanunsuzluğun və cinayət tərkibli əməllərin qarşısını alcaq və Şakir müəllim kimi məmurların qanunla cəzalandırılmasına tapşırıq verəcək.
Araşdırmalarımız davam edir.
Realliq.info

Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur – FOTOLAR


Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur – FOTOLAR

Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur – FOTOLAR


Bakıda dəhşət – Meşə yandırılır, Bakı İcra Hakimiyyəti satır, Ekologiya və Təbii Sərvətlər nazirliyi susur – FOTOLAR

Son xəbərlər

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Magistr olmaq istəyənlərin diqqətinə - Müddət uzadıldı

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Bütün xəbərlər