DEPUTAT GÜLLƏLƏNƏN İCRA BAŞÇISINI İTTİHAM ETDİ – “Onun yanında mühafizəçinin nə işi var?”















Fəzail Ağamalı: “İcra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa…”

Xəbər verdiyimiz kimi, iyulun 3-ü, axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail AğamalıModern.az-a açıqlamasında Gəncənin icra başçısının və mühafizəçisi Qasım Aşbazovun silahlı hücuma məruz qalmasına münasibət bildirib: “Gəncədə baş vermiş hadisəyə təəssüf edirəm. Baş vermiş hadisə hüquq-mühafizə orqanları tərəfindən mütləq araşdırılacaq və məsələnin mahiyyəti ortaya qoyulacaq. Ancaq bura qədər keçilən yol var. Bu yol olmamalı idi. Məmur vətəndaş münasibətləri bu həddə çatdırılmamalı idi”.

Fəzail Ağamalı baş vermiş olayın fonunda icra başçılarının cangüdənlə gəzməsinə etiraz edib: “Hətta cinayətkarın özü ilə də elə davranmaq lazımdır ki, cinayətkar belə bu addımı atmasın. Dövlət məmurunun da bacarığı, qabiliyyəti ondadır ki, bu cür hallara yol verməsin. Düzü, buna xüsusi şərh vermək istəməzdim. Hər halda, məsələnin nəticələri mənim üçün də maraqlıdır ki, nə üçün belə hal baş verib. İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var? İcra başçısı xalqın içində olmalıdır. Əgər icra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa, bu, başadüşülən deyil. Düşünürəm ki, burada incə məsələlər var. Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim. Hər halda, hadisənin nəticələrini gözləyək”.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər ölkə Prezidentinin şəxsi nəzarətindədir

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər