Azay Quliyevin müəllifi olduğu qətnamə ATƏT PA-da qəbul edildi













Qətnamənin əleyhinə səs verən yeganə nümayəndə Ermine Nağdalyan olub

Berlində ATƏT PA-nın iqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri üzrə komitəsinin iclasında ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev “Nəqliyyat şəbəkələrinin və dəhlizlərin inkişafı yolu ilə, o cümlədən qədim İpək Yolunun dirçəldilməsi vasitəsilə ATƏT regionunda qarşılıqlı əlaqəliliyin artırılması” adlı qətnamə layihəsini təqdim edib.

Azinforum.az xəbər verir ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Nağdalyan “spoyler” rolunu öz üzərinə götürməyə çalışaraq Azərbaycanın bu təşəbbüsünə qarşı çıxış edib. O, spekulyativ mövqe tutaraq bəyan edib ki, ATƏT “nəqliyyat təşkilatı” deyil, təhlükəsizlik məsələləri ilə məşğul olan qurumdur. Lakin nümayəndələr onun fikrini dəstəkləməyiblər. Ondan dərhal sonra çıxış edən sənədin müəllifi Azay Quliyev erməni həmkarına izah edib ki, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri bir-biri ilə çox sıx bağlıdır və ATƏT təkcə təhlükəsizliyə görə deyil, həm də sözün geniş mənasında əməkdaşlığa görə cavabdehdir. A.Quliyev vurğulayıb ki, Nağdalyan nümayəndə kimi göndərildiyi təşkilatın əsas sənədlərini yenidən öyrənsə, pis olmazdı.

ATƏT PA üzvləri bu arqument ilə razılaşıb və erməni həmkarlarının təklif etdiyi düzəlişi rədd ediblər.

Ermənistan nümayəndə heyətinin təklif etdiyi və əsl məqsədi sözügedən sənədi “yaxşılaşdırmaq” deyil, Azərbaycanın təşəbbüsünün qəbul edilməsinə əngəl törətmək olan bir sıra başqa yersiz düzəlişlər də rədd edilib. Belə uğursuz düzəlişlərdən biri bu ölkənin özünü düçar etdiyi təcridolunma ilə bağlı idi. Lakin qətnamənin müəllifi xatırladıb ki, təklif olunan sənəddə ATƏT-in prinsiplərinə və beynəlxalq hüquq normalarına riayət edənlərin heç birinə qarşı ayrı-seçkilik edilmir.

Səsvermənin gedişində nümayəndələr Azərbaycanın təklif etdiyi qətnaməni mütləq səs çoxluğu ilə (lehinə 35, əleyhinə 1 səs) qəbul ediblər. Aydındır ki, qətnamənin əleyhinə səs verən yeganə nümayəndə Ermine Nağdalyan özü olub. Burada rəmzi məna var: “regional təcridçiliyin” əleyhinə çıxış edən erməni nümayəndə özü ATƏT PA üzvləri tərəfindən eyni şəkildə təcrid olunmuş vəziyyətə düşüb.

Beləliklə, bu sənədin qəbul edilməsi ilə Assambleya yanında “İpək Yoluna Dəstək Qrupu” (SRG) ATƏT PA tərəfindən siyasi dəstək alıb.

ATƏT PA bu qətnaməni qəbul etməklə İpək Yolu proqramı çərçivəsində bütün nəqliyyat layihələrini, o cümlədən əsas tərkib hissəsi Azərbaycan olan Şərq-Qərb, Şimal-Cənub və digər layihələri dəstəkləyib. ATƏT PA İpək Yolu proqramını dəstəkləməklə artıq fəaliyyətdə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər regional nəqliyyat layihələrini növbəti dəfə dəstəkləyib.

Qətnamə faktiki olaraq bütün bu layihələrdən və bütün İpək Yolundan kənarda qalmış Ermənistanın regional təcridolunma faktını təsdiqləyib. Beləliklə, ATƏT PA bu barədə açıq danışmadan, bu qətnaməni qəbul etməklə Ermənistanın ünvanına çox nəzakətli şəkildə özünəməxsus incə bir ismarıc göndərib. Bu ismarıcın mahiyyəti Ermənistanın təcrid olunmasının səbəblərini ona xatırlatmaqdan ibarətdir. Başlıca səbəb ərazi ekspansionizmi, bütün qonşulara qarşı mənasız ərazi iddiaları doktrinası, Azərbaycan ərazilərinin işğal edilməsi və sair amillərdir. Əgər erməni xalqı bu ideologiyanın dəstəkləyən qüvvələrin təsiri altına düşməsəydi, bu gün o, Böyük İpək Yolunun tərkib hissəsi ola bilərdi. Belə ağılsız siyasətin nəticələrindən biri də bu olub ki, bu gün Ermənistan özünün bütün qonşularından fərqli olaraq, həm Böyük İpək Yolu layihəsindən, həm də deputat Azay Quliyevin təşəbbüsü ilə yaradılmış SRG qrupundan kənarda qalıb.

Bu qətnamənin qəbul edilməsi başda Prezident İlham Əliyev olmaqla Azərbaycan rəhbərliyinin siyasi xəttinin və vaxtilə Azərbaycanın irəli sürdüyü təşəbbüslərin beynəlxalq birlik tərəfindən, xüsusən ATƏT PA tərəfindən dəstəklənməsini və bəyənilməsini nümayiş etdirdi.

Xatırlatmaq lazımdır ki, bu dəstək dərhal yaranmayıb. İlk illərdə Azərbaycan bu gün arftıq reallaşdırılmış və səmərə verən beynəlxalq və regional layihələr barəsində skeptik proqnozlar eşitməli olurdu. Bugünkü sənədin qəbul olunması dövlətimizin siyasi xəttinin haqlı olmasının beynəlxalq birlik tərəfindən başa düşülməsinə dəlalət edir.

Azay Quliyevin müəllifi olduğu qətnamə ATƏT PA-da qəbul edildi


Azay Quliyevin müəllifi olduğu qətnamə ATƏT PA-da qəbul edildi

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər