iqtisadiyyat
15.07.2018
Milli valyutada olan əmanətlər 1,7 dəfə artıb

Mərkəzi Bankın məlumatına görə, iyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7867,5 milyon manat təşkil edib.
dogruxeber.tv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmanətlərin 62,9 faizi xarici, 37,1 faizi isə milli valyutada qoyulub.
Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə artıb, xarici valyutada əmanətlər isə 3,0 faiz azalıb.


