“Ayə demədim çəkmə? Nə çəkirsən?” – DYP-nin reydində qalmaqal








Şamaxıda səhər saatlarından gecəyədək rayonun dövlət yol polis bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə qarşı reyd keçirib.

Reydlər əsasən rayonun mərkəz və şəhərdaxili küçələrini əhatə edib. Reyd zamanı bir sıra qanun pozuntularına rast gəlinib.

Reyd yaşayış məntəqələrinə yaxın olan ərazilərdə yüksək sürətlə hərəkət edən sürücülərin qarşısını almaq, o cümlədən təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş, heç bir sənədi olmayan sürücüləri müəyyən etmək məqsədi daşıyıb. Reyd zamanı bir nəfər sərxoş halda, bir nəfər sürücülük hüququ olmadan avtomobil idarə edən və 12 nəfər təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü polislər tərəfindən saxlanılıb. Cərimə borcunu ödəməyən iki sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.

Bəzi sürücülər törətdiyi əməldən boyun qaçırıb, hətta reyd zamanı ərazidə çəkiliş aparan televiziya əməkdaşlarına təyziq göstərənlər də olub.

Sürücü: “Ayə demədim çəkmə? Nə çəkirsən?”

Reydin keçirilməsinə etiraz edən və qaydanı pozaraq özünü haqlı sayan sürücülərlə yanaşı belə reydlərin mütəmadi keçirilməsini müsbət qarşılayanlar da olub.

Saleh Orucov (sürücü): “Qayda-qanuna riayət etmək hər birimizin borcudur. Biz də çalışırıq ki, riayət edək. Əlbəttə, bu reydlərin mütəmadi keçirilməsi lazımdır”.

Sahib Eyyubov (sürücü): “Rayon içidi, ona görə taxmamışam kəməri. 40 manat cərimə elədilər. Öz günahımdı”.

Yol hərəkəti qaydalarına əməl etməyən, eyni zamanda cərimələrini ödəməyən sürücülərə ümumulikdə 30 protokol tərtib edilib. Bu cür reydlərin rayon ərazisində mütəmadi keçirilməsi nəzərdə tutulur.


Oxunub: 940

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər