199 saylı marşrutda biabırçılıq – Sərnişinləri yarı yolda avtobusdan düşürdülər (Fotolar)













Bu gün səhər saatlarında Bakı Mühəndislik Universitetindən Yaşıl bazar marşrutu ilə hərəkət edən 199 saylı avtobus Moskva prospektindəki dayanacaqda sərnişinləri avtobusdan düşürüblər.

Avropa.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, avtobusu boşaltmağı sərnişinlərdən Şamaxı yolunda dayanan dispetçer tələb edib.

10 TH 158 dövlət nömrə nişanlı avtobusun sürücüsü avtobusda texniki nasazlıq yarandığını bildirib. Yarı yolda avtobusdan düşürülən sərnişinlər metronun 20 Yanvar stansiyasına piyada getməyə məcbur olublar.

“Əgər avtobusda texniki nasazlıq varsa, bu marşrutun sahibi olan şirkət texniki cəhətdən nasaz olan avtobusu niyə xəttə buraxmışdı?” problem yaşayan sərnişinlərin bu sualına cavab verə bilməyən dispetçer dayanacaqdan qaçıb.

Xatırladaq ki, iyulun 14-dən 199 saylı avtobusda gediş haqqının kartla ödənilməsinə başlanılıb. Həmin vaxtdan 5 gün keçməsinə baxmayaraq, Bakı Nəqliyyat Agentliyi bu marşrutun dayanacaqlarında heç bir yerdə karta gediş haqqı yükləmək üçün terminallar quraşdırılamyıb. 199 saylı avtobusla sərnişin daşımasını həyata keçirən “Xaliq Faiqoğlu” şirkətinin nümayəndəsi iyulun 16-da sərnişinlərə həmin gün terminalların quraşdırılacağını elan etsə də, hələ də Bakı Mühəndislik Universitetindən Moskva prospektinədək heç bir yerdə terminallar quraşdırılmayıb. Səhər tezdən bu marşrutla gəlmək istəyən, lakin kartı olmayan, yaxud kartında gediş haqqı bitmiş onlarla sərnişin avtobusa minə bilməyib. Kartı olmayan sərnişinlər başqa sərnişinlərdən yardım istədikdə isə bu hal hər dayanacaqda avtobusun uzun-uzadı dayanmasına səbəb olur. Bu problemlər səbəbindən sərnişinlər işə gecikiblər.

Başqa bir problem 199 saylı marşrutda gediş haqqının 20 qəpikdən 25 qəpiyə qaldırılmasıdır. “Xaliq Faiqoğlu” şirkəti iddia edir ki, Tarif Şurası 2014-cü ildə qiymətlərə dəyişiklik edib. Lakin Tarif Şurasının qərarı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən yanlış təqdim edilir. Çünki 2014-cü ilin sentyabrında Tarif (qiymət) Şurasının 26 aprel 2013-cü il tarixli 1 nömrəli Qərarına dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, bir çox marşrutlarda, o cümlədən, 199 saylı marşrutda 15 km-dən 25 km-dək olan gediş haqqı 25 qəpik müəyyənləşib. Abşeron gənclər şəhərciyindən “20 Yanvar” metrostansiyasınadək məsafə təxminən 12 km-ə qədər olduğu üçün qiymətin 25 qəpik olması Tarif Şurasının qərarına uyğun deyil.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təmsilçiləri yaranmış problemlərə aydınlıq gətirilməsini istəyən jurnalistlərin zənglərinə cavab vermir. Bundan əvvəl gediş haqqının artırılmasını şərh edən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yaranmış məsələ ilə bağlı bütün detallar yaxın günlərdə araşdırılacaq. Bu günədək sərnişinlərin rahatlığını təmin edəcək heç bir tədbir görülməyib.

Xatırladaq ki, 199 saylı avtbusun əsas sərnişinlərini Abşeron gənclər şəhərciyinin sakinləri təşkil edir. Bu şəhərcikdə isə 20 min nəfərə yaxın insan yaşayır. Yolboyu avtobusa minən sərnişiləri də nəzərə alsaq, bu yolda bir marşrut xəttinin olması avtobusda basabas yaranmasına səbəb olur. Bir neçə il öncə metronun “20 Yanvar” stansiyasından Bakı Mühəndislik Universitetinədək 200 saylı marşrut açılmışdı. Bir xətt üzrə iki avtobusun işləməsi sərnişinlərin rahat gedib-gəlməsinə səbəb olurdu. Məlum olmayan səbəblərdən 200 saylı avtobuslar xətdən yığışdırıldı. Yay aylarında sərnişinləri sayı nisbətən azalsa da, sentyabrdan başlayaraq, “20 Yanvar”dakı dayanacaqda 199 saylı avtobusa sərnişinlərin minə bilməsi mümkün olmur.

Avropa.info Bakı Nəqliyyat Agentliyindən 199 saylı avtobusda sərnişinləri narazı salan bu problemlərin hansı qaydada həll ediləcəyinin açıqlamasını gözləyir.

199 saylı marşrutda biabırçılıq – Sərnişinləri yarı yolda avtobusdan düşürdülər (Fotolar)


199 saylı marşrutda biabırçılıq – Sərnişinləri yarı yolda avtobusdan düşürdülər (Fotolar)


Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər