Sosial şəbəkəyə nəzarət: Azərbaycan modeli mümkündürmü? – ŞƏRH













Müxtəlif ölkələrdə artıq sosial şəbəkələrə nəzarət etmək üçün proqramlardan istifadəyə cəhd göstərilir. Belə ki, artıq Rusiyada da məsələ gündəmə gəlib. Kreml sosial şəbəkələrdə yer alan informasiyaları və hakimiyyətin hərəkətlərinə reaksiyaları izləmək üçün yeni “İnsident menecment” monitorinq sisteminin işə salınması üçün təşəbbüs qaldırıb. Bu barədə RBK Kremldəki və regional hökumətlərdəki mənbələrinə istinadən bildirir. Mənbələr deyiblər ki, sistemi “Medialogiya” MMC adlı şirkət işləyib hazırlayıb. Şirkətdə məlumatı təsdiq ediblər. Bildiriblər ki, sistem artıq bir sıra regionlara təqdim olunub.

“İnsident menecment” sistemi əsas sosial şəbəkələrdə (“Facebook”, “İnstagram”, “Vkontakte”, “Odnoklassniki” və “Twitter”) açar sözlərlə axtarış aparacaq. Axtarışın nəticələri administratora ötürüləcək. Hansı məlumata cavab verilməli olduğu sistem administratoru tərəfindən müəyyən ediləcək. Bir regional məmur deyib ki, yerli hakimiyyət sosial şəbəkələrdən toplanmış informasiya üzrə sorğuya ən geci bir sutka ərzində cavab verməlidir. Nəzərə alsaq ki, zaman-zaman hökumətlər sosial media resursları ilə ciddi problemlər yaşayır, Rusiyanın bu addımı anlaşılandır. Bəs Azərbaycanda necə, bunu etmək mümkündürmü? Məsələn, yayılan şikayətlərin araşdırılması və adekvat tədbirlərin görülməsi və ya yayılan məlumatların dezinformasiya olub-olmamasının dəqiqləşdirilməsi üçün bu addımı atmaq mümkündürmü? Xatırladaq ki, ölkəmizdə də bir neçə millət vəkili sosial şəbəkələrə nəzarət təklifi ilə çıxış etmişdi.
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz “Cümhuriyət” qəzetinə şərhində bunun üçün ölkələrin sosial media şirkətləri ilə əməkdaşlığa getməli olduğunu deyib.



O.Gündüz həmçinin əlavə edib ki, sözügedən şirkətlər kiçik dövlətlərlə əməkdaşlıqda maraqlı olmurlar: “Düşünürəm ki, hökumətlər sosial medianın özü ilə birbaşa əməkdaşlıq etmirsə, şifrəli məlumatların əldə olunması kifayət qədər çətin olur. Facebook, whatsapp, telegram və digər sosial şəbəkə resurslarında məlumatlar şifrələnərək ötürülür. Həmin şifrələr isə sosial media resursunun sahibidir. Əgər bu şifrə xüsusi xidmət orqanlarında, hökumətdə yoxdursa, o, zaman ciddi problemlər olur. Deyək ki, müxtəlif ciddi məqamlarda məluat əldə etmək, əməliyyat-axtarış aparmaq çətin olur. Ona görə də zaman-zaman ölkələrdə sosial media ilə bağlı problemlər olur. Məsələn, Türkiyədə istədikləri zaman youtubeni, facebooku bağlayırlar. Səhv etmirəmsə, hazırda Türkiyədə vikipedia bağlıdır.

Bütün bunlar onunla əlaqədardır ki, hökumət təhlükəsizlik məqsədi ilə bağlı şifrələri istəyirlər, ancaq həmin şirkətlər vermirlər. Amma elə ölkələr var ki, sosial media şirkətləri onlarla əməkdaşlıq edirlər. Adətən, sosial media resursları kiçik ölkələrlə əməkdaşlığa getmək istəmirlər. Çünki şirkətlər biznes qurumudur və şifrələri nə qədər çox versələr, o qədər də nüfuzdan düşürlər və pul qazana bilmirlər. Yəni, əslində bu cür əməkdaşlıqlar onların maliyyə bazarına təsir edir. Amma böyük ölkələrlə hesablaşırlar. Çünki orada milyonlarla izləyici var və şirkətlər əməkdaşlığa getmədikləri halda ölkələr həmin şəbəkələrə girişi bağlayırlar. Türkiyə nümunəsində gördük ki, bir sıra sosial şəbəkələr bağlanandan sonra onlar əməkdaşlığa getdilər. Düşünürəm ki, Rusiya ilə bağlı məsələ də bu cür olacaq. Məsələn, uzun müddətdir Rusiya hökuməti ilə Telegram arasında savaş gedir. Zamanında müxtəlif protokollardan, müqavilələrdən istifadə olunduğuna görə indi bunu bağlamaq da çətindir.

Ona görə də yeganə yol ya əməkdaşlıq etməkdən, ya da yeni yolların, layihələrin icrasından keçir. İkinci yol daha böyük avadanlıqlar, xərclər tələb edir. Bu da zaman-zaman dəyişir. Bu gün 15-20 milyon xərcləyib yeni avadanlıqlar alırsan və nəzarət funksiyası həyata keçirirsən. Amma 5-6 aydan sonra həmin avadanlıqlar heç bir işə yaramayacaq. Çünki yeni texnologiyalar istehsal olunacaq və həmin qurğularla nəzarət etmək artıq mümkün olmayacaq. Ona görə də düşünürəm ki, istənilən halda dövlətlərin təhlükəsizliyi, əməliyyat axtarış tədbirləri, terrorçuluqla mübarizə üçün hökumətlərin sosial media şirkətləri ilə əməkdaşlığı başadüşüləndir. Artıq bu qaçılmaz bir prosesdir. Amma istənilən halda yeni avadanlıqların alınmasındansa, məsələn, həmin şirkətlərin Azərbaycana dəvət olunması və əməkdaşlıq edilməsi daha arzuolunandır”.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər