“Şərq bazarı”nın bazarı bağlandı – REPORTAJ













Sosial şəbəkələrdə “Şərq bazarı”nın sökülməsi ilə bağlı məlumatlar yayılıb. Məsələni dəqiqləşdirmək üçün musavat.com-un reportyor qrupu olaraq bazarın yerləşdiyi əraziyə yollandıq. Müşahidə etdik ki, “Şərq bazarı” kimi tanınan tarixi binada artıq ticarət köşkləri tamamilə yığışdırılıb. Yalnız bazarın ətrafında bəzi obyektlərə toxunulmayıb ki, onların da əslində “Şərq bazarı” nın binasına aidiyyəti yoxdur. Bundan başqa bazarın ətrafına dəmir hasar da çəkilib. Eyni zamanda girişlərdə mühafizə postu qoyulub və ətraf ciddi şəkildə mühafizə edilir.

Əvvəlcə onu qeyd edək ki, “Şərq bazarı”nda daha çox ucuz geyimlər, əşyalar satılırdı. Burada icarə pulu da aşağı olduğu üçün satıcılar mallarının üzərinə çox pul qoymurdular. Ancaq buna baxmayaraq son illər bazarda ticarət xeyli zəifləmişdi. Şəhərin mərkəzində tikilən iri ticarət mərkəzləri “Şərq bazarı”nın bazarını tamamilə öldürmüşdü. Bunun nəticəsində hələ ötən ildən etibarən “Şərq bazarı”nda “yarpaq tökümü” yaşanırdı. Bazarın girişindən kənarda yer götürən və vaxtilə güclü al-veri olan satıcılar, artıq müştəri olmadığı üçün yerlərini bağlayıb, bazarı tərk edirdilər. Hələ o zamandan bildirlirdi ki, “Şərq bazar”ı söküləcək.

Çünki bazarın ətrafında olan tikililər, yaşayış yerləri plana düşmüşdü və orada söküntü işləri aparılırdı. Ərazidə olduğumuz zaman öyrəndik ki, hazırda bazarda heç bir söküntü işi aparılmır. Sadəcə olaraq ətrafa hasarlar çəkilib. Mühafizəçilər bildirdilər ki, bu prosesdən sonra “Şərq bazarı”nın binası təmir olunacaq. Onlar qeyd etdilər ki, binanın tarixi qədim olduğu üçün heç bir əsaslı söküntü işləri nəzərdə tutulmayıb. Sadəcə olaraq restavrasiya işlərinin aparılması nəzərdə tutulub. Biz də bazarın ərazisində olduğumuz zaman hər hansı bir söküntünün şahidi olmadıq.

Məlumat üçün onu da qeyd edək ki, “Şərq bazarı” kimi qeyd olunan bina özünün memarlıq üslubuna görə 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə tarixi abidələr siyahısına salınıb. Buranın bərpa və yenidənqurma məsələlərinə görə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır.

Bina 1982-ci ildə memarlar – U.V.Revazov və P.İ.Yarinovsk layihəsi əsasında tikilib. Bina iki mərhələdə tikilib və burada hər bir detal Şərq üslubunda quraşdırılıb. Mütəxəssislər bildirirlər ki, əslində Azərbaycanda turizmin inkişafı üçün çalışılan bir vaxtda bu cür obyektdən də turizm məqsədləri üçün istifadə etmək olar. Bazar kimi fəaliyyət göstərdiyi ərəfədə bura tarixi binalıqdan demək olar ki, çıxıb, xarabalığı xatırladırdı. Çünki ticarətçilərin əksəriyyəti necə gəldi piştaxtalar qurub, bazarın çöl hissəsində çalışanlar selofan, köhnə taxtalar vasitəsilə özlərinə dam düzəltmişdilər.

Bazarın sökülməsi ilə bağlı yayılan məlumatlara Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov da münasibət bildirib. Belə ki, Ş. İbadov lent.az saytına açıqlama verərək bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: “Şərq bazarı” artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konsuriksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa bir təyinatla istifadə olunacaq”.

RİH başçısının birinci müavini əlavə edib ki, hazırda “Şərq bazırı”nın daxilində təmir işləri aparılır: “Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra “Şərq bazarı”nda işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”.

“Şərq bazarı”nın bazarı bağlandı – REPORTAJ


“Şərq bazarı”nın bazarı bağlandı – REPORTAJ

“Şərq bazarı”nın bazarı bağlandı – REPORTAJ


“Şərq bazarı”nın bazarı bağlandı – REPORTAJ

“Şərq bazarı”nın bazarı bağlandı – REPORTAJ

Son xəbərlər

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

Bütün xəbərlər