İntihara cəhd edən şəxsi Nazirlər Kabinetinə apardı

















Bu gün baş nazir Novruz Məmmədov Bakı şəhərinin Sabunçu rayonu ərazisində – “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxslə danışıb və onu intihar etmək fikrindən daşındırıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı APA-ya açıqlama verən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, bu gün səhər saatlarında “Koroğlu” qovşağındakı asma körpüdə intihara cəhd hadisəsi olub.

A. Əli deyib ki, bununla bağlı körpüyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Yollar bağlı olduğu üçün Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn avtomobillər Zığ istiqamətə yönəldilib: “Baş nazir Novruz Məmmədov səhər işə gələrkən onun olduğu avtomobil də Zığ istiqaməti ilə hərəkət edib. Ancaq baş nazir telefonla məlumat alıb ki, “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxs var. Baş nazir hadisə yerinə getmək barədə göstəriş verib və xidməti avtomobil yolunu dəyişərək hadisə yerinə gedib. Baş nazir hadisə ilə maraqlanıb. Məlum olub ki, 1969-cu ildə Tovuzda anadan olan Əhmədov Yaşar Məmmədəli oğlu ailə münaqişəsi zəminində intihar etmək üçün körpünün üzərinə çıxıb. Baş nazir həmin şəxslə telefon əlaqəsi yaradıb. Novruz Məmmədovbir müddət həmin şəxslə telefonla danışıb, problemi ilə maraqlanıb. Baş nazir onu əmin edib ki, müvafiq qurumlar tərəfindən problemi araşdırılaraq lazımı köməklik ediləcək, intihar etmək niyyətindən daşınsın. Yaşar Əhmədov baş nazirə bildirib ki, iki övladı var, anası onları harasa aparıb, tapa bilmir, buna görə də intihar etmək istəyir. Məsələ araşdırma tələb etdiyi üçün baş nazir onu Nazirlər Kabinetinə dəvət edib”.

A. Əli qeyd edib ki, bu gün səhər baş nazir Yaşar Əhmədovu qəbul edib: “Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verib ki, Yaşar Əhmədovun problemi araşdırılsın, övladlarının harada olduğu öyrənilsin. Hazırda Komitədə araşdırma davam edir. Yaşar Əhmədov da müvafiq qurumlarla görüşmək üçün istiqamətləndirilib. Məsələnin yekunu ilə bağlı baş nazirə məlumat veriləcək”.

Oxunub: 788

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər