Heydər Camalın oğlu Mərkəzi Afrika Respublikasında qətlə yetirilib - YENİLƏNİB













Mərkəzi Afrika Respublikasında mərhum teoloq və politoloq Heydər Camalın oğlu rusiyalı jurnalist Orxan Camal və iki həmkarının qətli ilə bağlı ilə bağlı bəzi təfərrüatlar məlum olub.


APA-nın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, MAR-da qətlə yetirilən rusiyalı jurnalistlərin sənədli film çəkmək üçün bu ölkəyə Mixail Xodorkovskinin “Araşdırmaların İdarə olunması Mərkəzi” tərəfindən göndərildiyi məlum olub.


Jurnalistlərin olduğu avtomobil Sibut şəhəri yaxınlığındakı blokpostlardan birinin qarşısında naməlum silahlı şəxslər tərəfindən saxlanılaraq gülləbaran edilib.

İnsidentin dəqiq səbəbi və təfərrüatları hələlik məlum deyil. Hücumun soyğunçuluq məqsədilə törədildiyi ehtimal olunur.

RİA Novosti-nin xəbərinə görə, jurnalistlər MAR-da özəl hərbi kampaniyalara, xüsusən, rusiyalı muzdlulara həsr olunmuş sənədli filmin çəkilişi ilə məşğul olublar.


Qətlə yetirilən jurnalistlər MAR-da akkreditasiya keçməyib. Onların üzərindən isə müxtəlif mətbu orqanlarına məxsus vaxtı ötmüş xidməti vəsiqələr aşkarlanıb.


**** 21.28

Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist naməlum silahlı şəxslər tərəfindən öldürülüb.



APA-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, üzərində güllə yaraları olan üç meyit Sibut şəhərindən 33 km şimalda avtomobildə aşkarlanıb.

Məlumata görə, hücuma məruz qalmış çəkiliş qrupuna jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kiril Radçenko daxil olub.


Onların MAR-da özəl hərbi kampaniyalara həsr olunmuş filmin çəkilişində olduğu bildirilir.

Qeyd edək ki, qətlə yetirilənlərdən Orxan Camal Rusiya İslam Komitəsinin sədri olmuş, ilahiyyatçı, politoloq Heydər Camalın oğludur.


Əslən azərbaycanlı olan 69 yaşlı Heydər Camal 2016-cı ilin dekabrında Qazaxıstanın Almatı şəhərində dünyasını dəyişib.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər