bolge
8.08.2018
SAKİNLƏRİN KÖMƏYİNƏ GƏLDİLƏR
![]()
Avqustun 8-də səhər saatlarında Quba rayonu Alpan, Qıpçal və Qələdüz kəndləri ərazisində biçilmiş əkin sahələri, dağlıq və meşəlik ərazilərdə yanğın baş verib. Hadisə yerində Quba Rayon Polis Şöbəsinin, dogruxeber.tv-averdiyi melumata gore Quba Rayonun poisi ve FHN-nin əməkdaşları və yerli sakinlər olublar. Baş verən yanğınlarda Quba Rayon Polis şöbəsinin əməkdaşları yanğının qarşısının alınmasında fəal iştirak ediblər.
Alpan kəndi ərazisindəki yanğın tez bir zamanda söndürülüb. Digər kəndlərdə alovun qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı
dogruxeber.tv


