DOST mərkəzinin fəaliyyət istiqamətləri açıqlandı













Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılacaq DOST mərkəzləri əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə xidmətlərdə vətəndaş məmnunluğuna tam təminat verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, DOST mərkəzlərində bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkə əhalisinə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin innovativ həllərin tətbiqi şəraitində əsaslı şəkildə yüksəldilməsində növbəti mühüm irəliləyişə yol açır.

Dövlət başçısının uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb. Prezident cənab İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır.

9 avqust 2018-ci il tarixli Fərman bu istiqamətdə mühüm innovativ yeniliyə yol açır. Fərman DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması vasitəsilə dövlət xidmətlərinin geniş bir spektrinin – əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir.
Fərmana əsasən, yaradılacaq DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin, Agentliyin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin “DOST” mərkəzlərində göstərilmə qaydasının layihəsinin, DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının təmin edilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub.

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətinin növbəti uğurlu davamıdır. Həmçinin ölkədə aparılan sosial siyasətin icrasına, sosial məsələlərin həllinə, xüsusi qayğıya ehtiyac duyan insanların sosial müdafiə və reabilitasiya xidmətləri ilə təminatına, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin müasir innovasiyaların tətbiqi şəraitində tam şəffaf müstəvidə və sosial cəhətdən həssas əhali qruplarına əlçatan səviyyədə qurulmasına daha bir töhfəsidir.
Qeyd edək ki, ƏƏSMN pensiya, müavinət və digər sosial təminat növləri, əlillik, əmək və məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlər üzrə 100-dən artıq istiqamətdə ildə orta hesabla 5 milyon şəxsə xidmət göstərir. Nazirliyin xidmət sahələri üzrə ildə təxminən 8 mln. e-müraciət qeydə alınır, 1,1 mln. məktub dövriyyəsi həyata keçirilir, 160 min telefon zəngi (müraciət) cavablandırılır.

DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstəriləcək. Bu xidmətlər bir mərkəzdə (bir binada), bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq.
Müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq qurumlardan və eləcə də ƏƏSMN-nin bölmələrindən elektron qaydada əldə ediləcək və emal olunacaq. Hesabatlılıq və şəffaflıq təmin ediləcək. Vətəndaşların müvafiq məlumatlara çıxış imkanı artırılacaq. Çevik hesabat vermə və şikayət, monitorinq və qiymətləndirmə mexanizmləri vasitəsilə şəffaflığı və prosesi izləmə imkanlarını təşviq ediləcək.

Əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə inzibati proseslərin və prosedurların sadələşdirilməsinə, göstərilən xidmətlər üzrə vəzifələrin inzibati bölgüsü yenidən təşkil edilməklə, vətəndaşlara xidmət müddətinin və xərclərinin azaldılmasına nail olunacaq. Xidmətlər modernləşdiriləcək, sənəd dövriyyəsinin təkmilləşdirilməsi, prosedurların surətləndirilməsi və bununla səmərəliliyinin artırılması təmin ediləcək.

Mərkəzlərə vətəndaş axını idarə olunacaq, hər bir müraciət edən qarşılanaraq dinləniləcək və üz tutduğu xidmətlərdən sadə prosedurlarla istifadə imkanı əldə edəcək. İnzibatçılığın səmərəli təşkili təmin olunacaq. DOST mərkəzləri yalnız əyani şəkildə müraciət edənlərlə işləməyəcək, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsini də təmin edəcək.
Beləliklə, DOST mərkəzləri bir pəncərədən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün – əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və b. DOST-u olduğunu qısa zamanda təsdiq edərək ümumən ictimai məmnunluğun ünvanı olacaq. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə DOST Agentliyinin fəaliyyətinin təşkili və DOST mərkəzlərinin yaradılması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq ƏƏSMN-ə 2 (iki) milyon manat ayrılıb.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər