dunya
11.08.2018, 07:39
Mosulda partlayış - 2 ölü, 15 yaralı

İraqın Mosul şəhərində ard-arda iki partlayış törədilib.
“dogruxeber.tv” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralılardan 5-i əsgərdir.
Qeyd edək ki, Mosul bir il əvvəl İraq ordusu tərəfindən azad edilib.


