“Üzürlü hesab edin, pivə içmişəm” – Reyd zamanı saxlanılan şəxsin ETİRAFI – VİDEO













“Təmiz hava” aylığı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin birgə tərdbirlər planına əsasən, Astarada reyd keçirilib.

ARB TV xəbər verir ki, keçirilən reyd zamanı bir sıra avtomobillərdə atmosferə buraxılan zərərli qazların miqdarının normadan artıq olduğu və bəzi sürücülərin maşınlarını sərxoş halda idarə etdikləri müəyyən edilib.

Reyd zamanı sürücülük hüququ olmadan avtomobili idarə etmə, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi və digər kobud qayda pozuntularına rast gəlinib.

İlqar Rəhimzadə – Astara RPŞ DYPB-nin rəisi: “Reyd zamanı kobud qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkar

edilmişdi. Sərxoş vəziyyətdə avtomobili idarə edən, dövlət nömrə nişanı olmadan, əlavə avadanlıq quraşdıran nəqliyat vasitələrinin sürücüləri tərəfimizdən aşkar edilərək onlar barəsində inzibati protokol tərtib edilmişdi”.

Bir sürücü də maşınını sərxoş şəkildə idarə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Elvin Manafov – sürücü: “Dostumun ad günü idi, orda yüngülvari qonaqlıq etdik. Gəldik maşını ustaya aparım, yol polisləri qabağımı kəsdilər, dedilər icazə olmaz. Üzürlü hesab edin, bağışlayarsız, pivə içmişəm”.

Həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülərə qarşı rayon ərazisində bu cür reydlər qarşıdakı vaxtlarda da keçiriləcək.


Oxunub: 909

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər