sosial
13.08.2018, 09:05
Xaşmazda doğuş zamanı körpə öldü, ananın vəziyyəti ağırdır

Xaçmazda doğuş zamanı ölüm hadisəsi qeydə alınıb.
"Qafqazinfo" xəbər verir ki, Xaçmaz şəhər sakini 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının yeni doğulmuş körpəsi ölüb. Belə ki, 9 ayı tamam olan hamilə qadını Xaçmaz Regional Perinatal Mərkəzinə təcili doğuşa qəbul edilib. Hazırda ananın vəziyyətidə ağırdır.
Körpənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayyon şöbəsinə aparılıb.
Xatırladaq ki, K. Veyisovanın ilk hamiləliyidir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Emin Kərimov


